Təqva Allahın əmrlərinə və tövsiyələrinə itaət etmək, zidd düşüncə və hərəkətlərdən çəkinmək və onlardan qorunmaq deməkdir. Quranda Allahın hökmlərinə qəti şəkildə iman gətirən və bu mövzuda sarsılmaz qətiyyət nümayiş etdirən möminlər “təqva sahibləri” kimi təsvir olunur. Bir ayədə Allah təqvanın əhəmiyyətini vurğulayaraq deyir: “… Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə surəsi, 197)

