Masonluğun Osmanlı torpaqlarında ilk ciddi olaraq ortaya çıxma cəhdi, 1839-cu il Tənzimat fərmanı dövründədir. Gerçəkdə mason lojalarının ilk quruluşları bir az daha geriyə getməklə birlikdə bunlar çox təsirli ola bilməmiş, ilk lojalar yaxşı təşkilatlana və ciddi fəaliyyət içinə girə bilməmişlər.
Bu dövrdə masonluğun parlayan ulduzunun isə, Tənzimat Fərmanının da memarı olaraq bilinən Mustafa Rəşid paşa olduğu deyilər.
Masonik qaynaqların bildirdiyinə görə, Mustafa Rəşid paşa, ilk dəfə Londonda masonlarla əlaqə qurmuş və 1830-cu illərdə qəbul edilərək təşkilata qatılmışdır. Hansı lojaya qəbul edildiyi isə tam olaraq bilinmir. Türkiyədəki masonların nəşr orqanı “Memar Sinan” jurnalı, Mustafa Rəşid paşadan belə danışar:
“Doğru gördüyünüz yolda sizdən daha qüdrətli olanlarla mübarizə faktoru lazımdırsa rahat və üzüntü duymadan, düşüncəyə qarşı döyüşün. Haqq bildiyimiz yolda tək başına olsanız irəliləyəcəksiniz. Fikirlərinizi heç bir zaman gizlətməyəcəksiniz.” (Bu) Qəbul edilmə, Mithat paşa və daha bir çox masonun qəbul etdiyi kimi Böyük Rəşid paşanın da həyatının öndəri, buyruğu deyil? Öz edam tələbini padşaha apararkən, Xətti Hümayunu oxumağa gedərkən, Xətti Hümayunu oxuyarkən, dimdik, özünə güvən içində, özünü bilən, etdiyini, etmək istədiyini bilən, lazım olsa başını verə biləcək qərarlı Böyük Rəşid paşa, yuxarıdakı ayin əmrlərin insanı deyil? 135 il əvvəl Gülhanə meydanında Xətti Hümayunu tam bir cəsarətlə oxuyaraq insanlıq və millət yolunu işıqlandırmaq üzrə yandırdığı nurun işığını hələ gördüyümüz böyük qardaşımız Böyük Rəşid paşanın xatirəsi qarşısında hörmət ilə əyilirik. (Mimar Sinan jurnalı, sayı 15 səh. 105-106)
Eyni jurnalın bir başqa sayında isə belə deyilir:
Böyük Rəşid paşa, masonluğun yonub düzəltdiyi ulu vətənpərvərlik abidəsi, tarixin vəfalı qoynunda ölümsüzlük yuxusuna dalmışdır; bu yuxuda, bir məbəddən aldığı nur və ziya ilə vətən məbədini işıqlandırmış olmanın dərin hüzuru var. (Mimar Sinan jurnalı, sayı 5, səh. 94)
Yaxşı bəs, Mustafa Rəşid paşanın memarı olduğu Tənzimatın mənası və nəticəsi nədir?
Tənzimatın həm müsbət həm də mənfi nəticələri vardır və bu 150 illik müzakirə mövzusudur. Gerçəkdə Tənzimatın çıxış nöqtəsi, yəni Osmanlının qərbli güclər qarşısında geri qaldığı, bu səbəbdən islahat müddəti başlatması lazım olduğu doğru təsbitdir. Ancaq Tənzimatla birlikdə yalnız lazımlı texniki islahatlar deyil, eyni zamanda o dövrdə Avropa düşüncəsinə suveren olan materialist fəlsəfənin Osmanlıya idxalı da başlamışdır.
Mövzu araşdırıldığında, Avropalı masonların, lojalar vasitəsilə, Mustafa Rəşid paşa kimi Tənzimat metoduna materializm təlqini etdikləri görülür. Mustafa Rəşid paşanın bu mənada təsirli bir əlaqəsi, məşhur ateist Fransız mütəfəkkiri Auguste Comte ilə qurmuş olduğu yaxınlıqdır. Ateizmin və din əleyhdarlığının kulminasiya nöqtəsi olan “elm dini” pozitivizmi ortaya atan Auguste Comte, Mustafa Rəşid paşanı təsiri altına almağa çalışmış, hətta bu yaxınlıq Padşahın, Rəşid paşanı ilk sədrəzəmliyi dövründə vəzifədən almasına səbəb olmuşdur. Tez-tez Mustafa Rəşid paşaya məktub yazaraq ona ateist və din əleyhinə fəlsəfə aşılayan Auguste Comte, bir məktubunda bunları yazmışdır:
İradə ilə bacarmış olduğunuz vəzifənizdən müvəqqəti ayrılmaq surəti ilə əldə etdiyiniz boş zamanlarınız bu gün mənə bunu ümid etmək imkanını vermişdir ki, əvvəl öz doktrinamın ümumi xətlərini sizə ifadə edən pozitiv kateşizmaya (yeni din qəbul etmiş), sonra da onu dəyişməz bir şəkildə quran müsbət siyasət sisteminə lazım olan diqqəti əsirgəməyəcəksiniz…
Bir çox əsrdən bəri, gərək Şərq gərəksə Qərb, bu günə qədər heç cür əldə edilə bilməyən universal bir din axtarır… Halbuki tək dinə inanış, müəyyən humanitar duyğularını hərəkətə gətirir. Bununla birlikdə təcrübə və ağıl belə bir ümidin boş olduğunu isbat etmişdir.
Heç bir metafizik intiqal dövrəsinə ehtiyac olmadan birbaşa İslamdan pozitivizmə keçərkən, müsəlmanlar, din inancı və humanist anlayışı ilə universal üstünlüyü sistemləşdirəcək olan böyük peyğəmbərlərinə məxsus fövqəladə dəyərdə yüksək fikirlərinin həqiqi davamçılarını anlamaqda gecikməyəcəklərdir.
Müsəlmanlar beləliklə əsasən faydasız olan bir siyasi birlik fikrindən imtina etsələr Osmanlı İmperatorluğunun lazımlı görünən dağılmasından kədər duymayacaqlar, əksinə, keçici hakimiyyətlərinin vermiş olduğu qazanclarını məhdudlaşdıran sosioloji qanun manevrini görmüş olacaqlar.
Eyni zamanda Osmanlı şefləri hələ özlərindən daha az oxşar bir dövlətin gələcək işğalları ilə əlaqədar və öz-özünə dağılmaya tamamilə boyun əymiş olaraq xəyali də olsa fəlakətli və qorxunc narahatlıqlardan millətlərini xilas olmuş görəcəklər. Siyasi təsirlər, ancaq İslam dininin təməl ruhuna görə, ümumi əfkarın və ənənələrin birliyini təmin etmək və sağlamlaştırmaq məqsədinə azad olduğu üçündür ki, Osmanlılar yaxın gələcəkdə Tanrı yerinə humanitarlığı mənimsəmək surəti ilə bu böyük məqsədin hədəfinə ən qısa yoldan çatacağını görəcəklər. (Tanzimat Edebiyatına Fransız Edebiyatı Tesiri, (Cevdet Perin) kitabındakı orijinal mətnindən)
Komitənin Mustafa Rəşid paşaya yazdığı bu mətndəki təlqinlər son dərəcə diqqət çəkicidir: Osmanlı xalqının İslamı buraxıb din olaraq pozitivizmi mənimsəməsi tövsiyə edilir, beləcə “faydasız olan siyasi birlik fikrindən”, yəni Osmanlının və dünya müsəlmanlarının birliyi düşüncəsindən imtina edəcəkləri ümid edilir. Komitə, Osmanlı xalqına “Allah yerinə humanizmi” (Allahı tənzih edirik) mənimsəmələrini də tövsiyə edir ki, bu, masonluğun təməl fəlsəfəsi olan “dünyəvi humanizm” adlı səhv inanışın bir ifadəsidir.
Komitənin sətirlərində keçən bu təlqinlərin son dərəcə ağıldan kənar olduğu isə asanlıqla görünür. Bütün insanlar Allahın yaratdığı və dolayısilə Ona qarşı məsul olan qullardır. İnsanların Allahdan üz çevirərək “humanizmi”, yəni bir-birlərini həyat məqsədi halına gətirmələri isə, toplu cəhalət və aldatmadan başqa bir şey deyil. Peyğəmbərlər tarix boyunca bu cəhalətlə mübarizə aparmışlar. Qövmünə “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.” (Hud surəsi, 92) deyən hz. Şueyb kimi.
Komitə və bənzəri 19-cu əsr ateistləri, (məsələn Darvin, Marks, Freud və ya Durkhem) ən qədim əsrlərdən bəri var olan bir səhvi “yeni” kimi təqdim etmək və sistemləşdirməkdən başqa bir şey etməmişlər. Bu səhvin bütün Avropada, sonra da digər mədəniyyətlərdə sürətlə yayılmasının ən əhəmiyyətli səbəblərindən biri isə, masonluq təşkilatıdır. Pozitivizmi və digər hər cür materialist fəlsəfəni bir din kimi mənimsəyən masonluq, bunları əvvəl elitalara sonra da onlar vasitəsilə kütlələrə təlqin etmək üçün sistemli mücadilə icra etmişdir.
Masonluğun Osmanlı və Türkiyə içindəki missiyasını da əsas olaraq bu çərçivədə qiymətləndirmək lazımdır. Təşkilat, bir növ “dinə qarşı təbliğat və dinə qarşı mübarizə” birliyi kimi işləmişdir. Yerli masonların tarixindən bəzi əhəmiyyətli bölmələrə baxdığımızda qarşımıza əhəmiyyətli bir mənzərə çıxır.

