Tənhalıq xəstəliyi

Yaraşıqlı, gözəl, gənc, zəngin, idmançı, həyat dolu görünən insanların çoxu tənhadır

Yaraşıqlı, gözəl, gənc, zəngin, idmançı, həyat dolu görünən insanların çoxu tənhadır.

O qədər yalnızdırlar ki, bəziləri həll yolunu sosial şəbəkələrdəki dostluqlarda tapır, süni dünyalar yaradır, xəyali dostluqlardan mədət umur. Bu cür insanlar sosial şəbəkə “dost”larının çox vaxt hekayələrdən ibarət həyatını ən incə təfərrüatına qədər bildikləri halda, həqiqi dünyadan bir o qədər uzaq ola bilir, hətta yaxın qonşularını belə tanımırlar.

İt, pişik və quşlarda sevgini axtaranların, tənhalıqdan qurtulmağa çalışanların sayı heç də az deyil. Heyvanlar dünyadakı ən gözəl bəzəklərdən biri, insandakı sevgi hissini hərəkətə keçirən şirinliyi ilə Allahın bir nemətidir. Ancaq bəzi insanlar heyvanları öz tənhalığında qalxan kimi istifadə edirlər. Küçədə soyuqda yatan bir uşaq onları maraqlandırmadığı halda, itləri üçün çox miqdarda pul xərcləyə bilirlər.

Dostları ilə şəkillər çəkdirib, minlərlə izləyicisi ilə paylaşan amma hər zaman tənhalığını vurğulayan insanlardan siz də xəbərdarsız? Sizin də çox guman ki, tənhalıqla mübarizə aparan tanıdıqlarınız vardır. Bəs öz ailələri və ya dostları ilə maraqlanmaq, yaxşılıq etmək əvəzinə saatlarla internetdə vaxt keçirən neçə nəfəri tanıyırsız?

Birinə kömək etmək və ya bir suala cavab vermək, hətta gözəl bir söz söyləməkdənsə internet mesajlarını cavablandırmağa üstünlük verən neçə nəfər insanı tanıyırsız? Uşağınız sizinlə ünsiyyət qurmaq əvəzinə telefonuna yaxud da kompyuterinə baxmağa üstünlük verir? Bütün bunlar önəmli bir problemin əlamətləridir…

Tənhalıq yavaş-yavaş yayılan bir xəstəlik kimidir. İzdihamlı məclislər, məşhur əyləncə mərkəzlərində reallaşan və hər kəsin əyləndiyi kimi görünən məclislər, yüzlərlə insanın işlədiyi böyük biznes mərkəzləri tənha insanlarla doludur.

Bu məşhur tənhalığın səbəbi çox açıqdır. İnsanlar hələ uşaq yaşlarından etibarən düşünməməyi öyrənirlər. Sevgini düşünmürlər, sevginin önəmini, necə bir ehtiyac olduğunu qavramırlar. Bir müddət sonra bu elə bir hala gəlir ki, gözəlliklər onlarda təsir yaratmamağa başlayır.

Daha yaxşısını əldə etmə istəyi olur, daha bahalısına, daha göstərişli olana, daha çox sayıda dostlara. Ancaq bunlara sahib olduğunda da bir çoxu heç sevinmir. Çünki dərhal daha yenisini axtarırlar.

Əlbəttə ki, insanda daha yaxşıya, daha gözələ istək olması lazımdır və bu ruhumuzdakı cənnət istəyinin bir yansımasıdır. Ancaq burada bəhs edilən bitmək bilməyən dünyəvi istəklərdir. İsrafa səbəb olan, gözəllikləri dəyərdən salmağa yönələn yanlış əxlaqdır. Bu əxlaqın aradan qalxmasının tək yolu isə imandır, Qurandır.

Allah dünyadakı əksiklikləri üzərində düşünmək üçün yaradır. Gözəl bir uşaq, rəngarəng quş ya da möhtəşəm qoxulu bir gül yaradır ki, insanlar bunlardakı incəlikləri görsünlər, gözəlliklərin qiymətini başa düşsünlər.

Kasıb bir insan yaradır ki, əllərindəkinə şükür etsinlər, müharibə yaradır ki, hüzurun dəyərini bilsinlər, qardaşlığın önəmini qavrasınlar. Qocalıq yaradır ki, insanlar gözəlliyinin sahibi olmadıqlarını anlasınlar, gözəl olan hər şey istisnasız olaraq zaman keçdikcə xarab olur, köhnəlir, paslanır ya da solur ki, dünyanın keçiciliyini unutmasınlar.

Bu şəkildə Qurana uyğun düşünməyi öyrənməyən insanlar dəyər bilməyən, eqoist, narazı olurlar. Həqiqi insanlarla əlaqə yaratmaq, həqiqi insanlara kömək etmək əvəzinə, xəyali dünya yaradıb, bu dünyalarındakı tənhalıqda sanki boğulurlar.

Allahın bizdən istədiklərini düşünməyən, bunları həyata keçirməyən uşaqlar çox izdihamlı dost qrupları içində asosial ola bilirlər. Dünya səviyyəsində sevilən, tanınan sənətçilər tənhalıqdan depressiyaya düşüb intihar edə bilirlər.

Allahın bizdən istədikləri bizim xoşbəxtliyimiz üçündür. Allahın istədiyi kimi yaşamayan hər insan bədbəxt olur.

Din gözəl əxlaqdır. Sevgini coşğu ilə yaşamaqdır. İnsanları sevməkdir. Allahın yaratdıqlarına qarşı dərin məhəbbətdir. Çiçəkləri, böcəkləri, quşları hamısından çox insanları coşğu ilə sevməkdir. Qeybət etməmək, pis söz söyləməmək, insanları incitməmək, hər kəsin yaxşılığı, xoşbəxtliyi üçün cəhd etmək, Allahı coşğu ilə sevmək, cənnətdə sonsuzadək Allahın təcəllisini görməyi arzu etmək, Allah üçün yaşamaqdır.

Təbii ki, bütün bunlardan əlavə, iman edən bir insan əsla tənha olmadığını da bilir. Dörd divar arasında olsa da, tək başına kimsəsiz bir yerdə qalsa da bilir ki, Allah hər zaman yanındadır. Allah hər zaman ona şah damarından daha yaxındır. Üç nəfərin olduğu bir yerdə dördüncüsü Allahdır. Allah hər an onunla birlikdədir.

Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (Mücadilə surəsi, 7)

Bu isə onun üçün ola biləcək ən gözəl sevinc səbəbi, ən böyük rahatlıqdır. Allah inananlar üçün ən gözəl dost, ən gözəl vəkildir.

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. (Zümər surəsi, 36)