Tənbəllik və keyliyin səbəbi

Donuq və səssiz xarakterə bürünərək pisliyin gizli dili ilə ətrafındakı insanlara mesajlar

Donuq və səssiz xarakterə bürünərək pisliyin gizli dili ilə ətrafındakı insanlara mesajlar verməyə çalışan insanların bir çoxu bu məqsədlə key, asta və dalğın davranarlar. Bu yolla şövqsüz, istəksiz və bir şeydən narahat olduqlarını səssiz dillə ətrafındakı insanlara hiss etdirməyə çalışarlar. Digər insanlarla müqayisə edildiyi zaman, bu insanların bir hissəsinin davranışında böyük astalıq hiss edilər; bu vəziyyət yerişindən oturub-qalxmasına və yeməklərindən təmizliyinə qədər hər şeylərinə hakimdir.

Eynilə dalğın olmaları da diqqətçəkəndir. Hamı danışdığı halda onlar uzaq bir yerə baxıb durarlar. Söhbətdən ayrı qalar, təkcə arabir bu insanlarla danışarlar. Qəribə olan budur ki, çox həqiqi təəssürat vermələrinə baxmayaraq, əslində bütün bunları təqlid olaraq edərlər. Məqsədləri, gizlicə pis əxlaqını yaşada bilməkdir.

Şübhəsiz ki, bu da digər məqsədli hərəkətlərində olduğu kimi, olduqca çətindir. Şən, aktiv və ünsiyyətcil (ekstrovert) bir insanın iradəsindən istifadə edib bütün günü özünü astalaşdırması, donuqlaşdırması, səssizləşdirməsi, hərəkətsiz və key hala gətirməsi… Üstəlik, buna bir-iki gün deyil, demək olar ki, bütün həyatı boyu dözə bilməsi…

Şeytan bu insanları gözəl həyatdan məhrum edə bilmək üçün, onlara bu üsulu cəlbedici göstərər, lakin eyni zamanda onlara elə böyük bir oyun oynayar ki, belə bir tələyə düşdüklərini anladıqları zaman, ümumiyyətlə, onsuz da şeytan çoxdan məqsədinə nail olmuş olar.

Şeytan sanki hipnoz etmiş kimi, bu insanları təsiri altına alar. Bu rəftarları göstərmələri məsələsində onları həmişə təşviq edər, sonda bu onların təbii xüsusiyyətləri halına gələ bilər. Artıq istəsələr də, bu key, yuxulu, asta haldan xilas olmağın yolunu görə bilməyəcək davranışa sahib olarlar. İçlərindən sevinmək, canlanmaq və aktiv olmaq gəlməz.

Şeytanın təsiri altındakı insanlar, imana qarşı apardıqları israrlı mübarizə nəticəsində vücud cəhətdən yorulduqları kimi, zehni cəhətdən də çox yorğun, diqqətləri dağınıq hala düşə bilərlər. Davam etdirdikləri bu yorucu mübarizə nəticəsində fiziki və zehinləri iflas edər. Diqqətli ikən diqqətsiz, aktiv ikən passiv insan halına gələrlər. Fiziki cəhətdən zəifləyər, xəstəliklərə meylli orqanizmə sahib olarlar. Immunitet və sinir sistemləri zəifləyər. Bunların təsiri sürətlə vücudlarında özünü göstərər.

Dərilərində, üzlərində, vücudlarında bu mübarizənin izləri yaranmağa başlayar. Zamanın keçməsiylə sürətli yaşlanma prosesinə daxil olarlar. Əzələləri zəifləyər. Üzlərində dərin cizgilər əmələ gələr. Gözlərinin altı çöküb qaralar. Saçları və dırnaqları zəifləyər. Hava bir az dəyişən kimi asanlıqla xəstələnə bilərlər. Unutqanlıq, beyin yorğunluğu, düz danışa bilməmək, yüksək ağlama meylliyi, stress kimi əsəbi təsirlər görünər.

Qavramada ciddi problemlər yaşamağa başlaya bilərlər. Eşitmə orqanları çox yaxşı işlədiyi halda, onlara deyilən şeyləri eşitməyə bilər, yanan yeməyin qoxusunu hiss etməyə bilərlər, səsə və qoxuya qarşı həssaslıqları azala bilər, təhlükəyə qarşı hissləri zəifləyə bilər. Bu bilərək yaşadıqları durğunluqları bir müddət sonra onlara zərər verməyə başlayar.

Bu əxlaqı yaşayan bəzi insanlar vicdanlarına qarşı apardıqları güclü mübarizəyə görə fiziki cəhətdən də yorğun düşə bilərlər. Hərəkət qabiliyyətləri getdikcə azalmağa, astalaşmağa başlaya bilər. Sürətli hərəkət edə bilməzlər. Qarşı tərəfi narahat edəcək astalıq, keylik görünər. Hər fürsətdə tək qalıb, insanlardan uzaqlaşmağa, bir kənara çəkilib yatmağa meyl edərlər. Vücudlarının normal ehtiyacından çox yatarlar. Buna baxmayaraq, yenə də gümrahlaşa bilməz; yenə yatmaq və yenə dincəlmək istəyərlər.

Göründüyü kimi, hiyləgərlik və səmimiyyətsizliklə nə isə əldə etməyə çalışan insanlar, qurduqları tələyə özləri düşürlər. Şeytanla əməkdaşlıq edib mənfəət əldə edə biləcəklərini güman etdikləri halda, şeytanın oyununa gəlir, böyük itki yaşayırlar. Durğunluq, astalıq və soyuqluqdan fürsət kimi istifadə edəcəklərini güman edərkən, bütün bunlar xəstəlik kimi orrqanizmlərini bürüyüb əhatə edər. Lakin unudulmamalıdır ki, səmimi olaraq bu vəziyyətdən xilas olmaq istəyən insan, şeytanla əməkdaşlıqdan imtina etdiyi, Allaha və Qurana təslim olduğu təqdirdə, Allahın diləməsiylə şeytanın üzərindəki təsiri yox olacaq və bu insan həm özünə, həm də ətrafına nemət olacaq əxlaq qazanacaq.