İstər səhər, istərsə də gün ərzində təmizlik edən bir mömin Allahın ona verdiyi təmizləyici vasitələrə görə şükür edir. Allahın təmizliyi və təmiz insanları sevdiyini bildiyi üçün etdiyi işi bir ibadət hesab edir və Allahın razılığını qazanmağa çalışır. Rəbbimizin (Qovulmuş şeytandan Allaha sığınıram) “Paltarını təmizlə! Pis şeylərdən uzaq dur! (Müddəssir surəsi, 4-5) şəklindəki əmrini sevərək yerinə yetirir.
Allah insanların təmizlənmək və digər ehtiyaclarını ödəmək üçün göydən su endirdiyini bir ayədə belə bildirir:
“… O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.” (Ənfal surəsi, 11)
