Bu suala cavab verərkən diqqət edilməli olan həqiqət budur; biz maddəni yalnız xəyalımızda görürük, çöldəki əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə bizim üçün bir qavrayış olduğuna görə, “süni” bir şeydir. Yəni bu qavrayışın bir başqa qüvvə tərəfindən edilməsi, daha açıq ifadə ilə yaradılması lazımdır.
İçində yaşadığımız maddi kainatı yaradan və daima yaratmağa davam edən üstün yaradıcı var. Necə ki, o yaradıcı bizə endirdiyi kitab yolu ilə Özünü və bizim nə səbəblə var olduğumuzu izah edir. O yaradıcı sadəcə və sadəcə Allahdır, kitabının adı isə Qurandır.
Göylərin və yerin, sabit və qərarlı olmadığı, Allahın yaratması ilə var olduqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə deyilir:
Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır. (Fatir surəsi, 41)
