Təmasda Olduğumuz Dünya, Həqiqətdə Ruhumuzun Gördüyü Hisslər İsə O Halda Bu Hisslərin Qaynağı Nədir?

Bu suala cavab verərkən nəzərə alınmalı olan həqiqət budur ki, biz maddəni sadəcə təsəvvürümüzdə görürük, onun xaricdəki əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə bizim üçün bir qavrayış olduğuna görə “süni” bir şeydir. Yəni bu qavrayışın başqa bir qüvvə tərəfindən düzəldilməsi, daha aydın bir dillə desək, yaradılması lazımdır. Hal-hazırda yaşadığımız maddi kainatı yaradan və daima yaratmağa davam edən uca bir Yaradan vardır. Elə ki, o Yaradan bizə nazil etdiyi kitab vasitəsilə Özünü, kainatı və bizim nə üçün var olduğumuzu izah edir. O Yaradan Allah, kitabının adı isə Qurandır.

Göylərin və yerin sabit və dayanıqlı olmadığı, Allahın yaratması ilə var olduqları və O, yaratmağı dayandırdığı zaman yox olacaqları bir ayədə belə buyurulur:

Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır. (Fatir surəsi, 41)