Bu suala cavab verərkən diqqət edilməli olan həqiqət budur; biz maddəni yalnız təxəyyülümüzdə görürük, onun xaricindəki əsli ilə heç vaxt qarşılıqlı təmasda ola bilmərik. Maddə bizim üçün bir hiss olduğundan, o, “süni” bir şeydir. Yəni, bu hiss başqa bir güc tərəfindən yaradılmalıdır. Yaşadığımız maddi kainatı yaradan və yaratmağa davam edən uca bir Yaradan var. Necə ki, həmin Yaradan endirdiyi kitab vasitəsilə Özünü tanıdır, kainatı və niyə mövcud olduğumuzu bizə izah edir. Həmin Yaradan Allahdır və kitabının adı Qurandır.
Bir ayədə göylərin və yerin sabit olmadığı, Allahın yaratması ilə yarandığı və yaratmağı dayandırdıqda mövcud olmayacağı belə bildirilir:
Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır. (Fatir surəsi, 41)

