Qürurlu insanlar heç vaxt həqiqi şəxsiyyətlərini büruzə vermirlər. Çünki hədəfləri daima hər kəsin təqdirini toplayaraq yaxşı insan modeli formalaşdırmaq, bu modellə insanların razılığını qazanaraq təriflənməkdir. Belə insanlar gözəl əxlaqlı, təqva sahibi, imanlı və ağıllı tanınmaq üçün daima diqqətlidirlər. Bu davranış özlərini sıxmalarına, baxışlarının donuqlaşmasına, üzlərinin heykəl kimi mənasız olmasına səbəb olur və dərin imanın gətirdiyi həqiqi səmimiyyəti yaşamalarının qarşısını alır. Çünki hər an xətaları, çatışmazlıqlarına görə ələ salınmaqdan qorxur, insanlara qarşı hər zaman məsafəli davranırlar. Həm özləri səmimi davranmır, həm də baxışları ilə qarşısındakı insanın onunla səmimi davranmasına mane olurlar. Bu səmimiyyətsiz davranışlarını imani kamilliyə malik insanlar dərhal hiss etdikləri halda, ətrafdakı insanlardan müəyyən qədər gizlədə bilirlər. Ancaq uca Allahdan əsla gizlədə bilməzlər. Rəbbimiz bu insanların səmimiyyətdən uzaq, insanlara göstəriş üçün etdikləri ibadətlərin qəbul olunmadığını belə xəbər verir:
Vay halına namaz qılanların -o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakadırlar. (Maun surəsi, 4-6)
Uca Allah insanlara “Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”. (Ali-İmran surəsi, 104) ayədə bildirildiyi kimi yaxşılığı əmr edib, pislikdən çəkindirməyi əmr etmişdir. Möminlər bu ayənin hökmünə tabe olub, qardaşlarının hərəkətlərindəki səhvləri düzəltməklə məsuliyyət daşıyırlar. Qürurlu insanlar isə tənqid kimi qəbul etdikləri üçün bu vəziyyəti heç bəyənmirlər. Çünki onlar hər zaman ən üstün əxlaqlı insanların özləri olduqlarını düşünürlər. Allah isə “…Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır”. (Yusuf surəsi, 76) ayəsi ilə insanları bu xətalı düşüncədən çəkindirmişdir.

