Təkcə Allaha yönəlmək

Allah Quranda insanlara, qarşılarına çıxa biləcək hər cür hadisə haqqında ən doğru həll

Allah Quranda insanlara, qarşılarına çıxa biləcək hər cür hadisə haqqında ən doğru həll yollarını bildirmişdir. Buna görə də, iman edən bir insanın həyatında həlli olmayan heç bir məsələ yoxdur. Allahın Quranda göstərdiyi yola tabe olduğu təqdirdə mömin, qarşılaşdığı hər problemin üstəsindən rahatlıqla gələ bilər. Allah hz. İbrahimə bu vəziyyəti; “(Mələklər) dedilər: “Biz sənə haqq ilə müjdə veririk. Ona görə də əsla ümidsizliyə qapılanlardan olma!”” (Hicr surəsi, 55) ayəsi ilə bildirmişdir.

“Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?” (Qamər surəsi, 17) ayəsiylə bildirildiyi kimi, Allah İslam dinini insanlar üçün asanlıq dini etmişdir. İnsan həyatı boyu hansı çətinliklə qarşılaşsa, necə böyük səhv etsə də, Allah bunların hər biri üçün bir çıxış yolu yaratmış və bunları Quran vasitəsilə bəndələrinə bildirmişdir.

İnsanın din əxlaqının bu asanlığını qavraya bilməsi üçün, Rəbbimizin üstün sifətlərini təqdir edə bilməsi, Allahın sonsuz gücünü, sonsuz elmini qavraması lazımdır. Bu düşüncəyə malik bir insanın həyatında ümidsizliyin, həllsizliyin, çarəsizliyin olması qeyri-mümkündür. Allah səmimi-qəlbdən iman gətirənlərin vəlisi, dostu, köməkçisi, yol göstəricisidir. Onları hər cür sıxıntıdan, hər cür çətinlikdən qurtarmağa qadirdir.

Çətinliyi də, asanlığı da yaradan Allahdır. Allah bütün bunları (müəyyən hikmətlər əsasında) insanları sınamaq, kimin Rəbbimizə bağlılıqda qətiyyət göstərəcəyini ortaya çıxartmaq üçün yaradır. Ən çətin anda belə əsla ümidsizliyə qapılmayan, Allaha olan etimadında səbir və qətiyyət göstərən insanlar üçün Allah çətinliklə birlikdə asanlığı da yaradar. Allah Quranda bu köməyini belə müjdələyir:

Biz sənə ən asan olanı müyəssər edəcəyik. (Əla surəsi, 8)

Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Və Rəbbinə yönəl! (İnşirah surəsi, 5-8)

Ayələrdə bildirildiyi kimi, insanın bu asanlıqları görə bilməsi üçün edəcəyi təkcə “Rəbbinə yönəl”məkdir. Lakin bəzi insanlar şeytanın və nəfslərinin onları istiqamətləndirməsinə icazə verdikləri üçün, Quranda bildirilən bu asanlıqdan məhrum qalmış olarlar. Bir tərəfdən yanlış yolda olduqlarını görər, digər tərəfdən isə bu vəziyyəti Allaha təslim olmaq əvəzinə, yenə şeytanın köməyi ilə həll etməyə çalışdıqları üçün həmişə çıxılmaz vəziyyətlə üzləşərlər.

Quran əxlaqına qayıtmadıqları müddətcə bu vəziyyət həmişə təkrarlanar. Şeytan da bitmək bilməyən bu təkrarların həllsiz vəziyyətlə qarşı-qarşıya olunmasından qaynaqlandığı düşüncəsini ortaya atar. Həmçinin getdikcə bu insanları bu düşüncəni vəsvəsə halına gətirəcəkləri şəkildə razı salar. Halbuki çıxış yolu tapa bilməmələri tamamilə Quranda bildirilən yola tabe olmamalarından qaynaqlanır.

Əsil mühüm məsələ isə, bu insanların əslində istədikləri təqdirdə dərhal bu ruh halından xilas ola biləcəkləridir. Çünki vicdan onlara nələr etməli olduqlarını söyləyir. Allaha sığınmağın onları bu çıxılmaz vəziyyətdən xilas edəcəyini, Allahın bütün dualara cavab verən olduğunu, onlara mütləq kömək edəcəyini, Allah vicdan ilə ilham edir. Lakin onlar şeytanın təsiri altında olduqları və iman edənlərə qarşı bu inkar əxlaqından fürsət kimi istifadə edib, istədikləri bəzi şeyləri əldə etmək üçün, xüsusən şeytanla əməkdaşlıq etməyə davam edər, bu əməldən imtina etməzlər.