Təkamülü təkzib edən digər dəlillər hansılardır?

Bu dəlilləri daha da detallandırmaq mümkündür. Lakin əsas olanlardan bir neçəsi bunlardır

İlk növbədə, müasir elm qəti şəkildə sübut etmişdir ki, cansız maddələrdən canlı maddələr yarana bilməz.

İndiyə qədər təkamülçülərin canlıların bir-birindən təkamül edərək inkişaf etməsi iddiasını dəstəkləyən tək bir keçid forması (ara keçid fosili) belə tapılmamışdır. Normal növlərə aid milyonlarla fosil tapılmasına baxmayaraq, bu günə qədər heç bir yarı sürünən-yarı quş, yarı balıq-yarı sürünən və ya yarı meymun-yarı insan xüsusiyyətli canlıya aid izə rast gəlinməmişdir. Bu günə qədər əldə edilən 250 milyon fosil, təkamülün heç vaxt baş vermədiyini, canlıların ortaq bir əcdaddan gəlmədiklərini və növlərin bir-birinə çevrilmədiklərini sübut etmişdir. Fosil qalıqlarının ortaya qoyduğu həqiqət budur ki, hər bir canlı növü sahib olduğu bütün xüsusiyyətlərlə birlikdə anidən yaradılmışdır və nəsli davam etdiyi müddətdə heç bir dəyişikliyə məruz qalmamışdır.

Canlılığın təməl daşı olan zülallar təsadüfən yarana bilməz. 500 amin turşusundan ibarət bir zülalın təsadüfən yaranma ehtimalı 1/10950-dir. Qısacası, ağlın qavrama hüdudlarından qat-qat yüksək olan bu ehtimalın reallaşma imkanı “0”-dır.