Təkamülü məhv edən yaradılış möcüzəsi: Yarpaqlar

Təkamülü təməlindən məhv edən yaradılış möcüzəsi: Yarpaqlar (Yarpaqların təkamülünü yerlə-bir edən qısa məlumatlar)

1) Yarpaq enerji hasil etmək üçün temperatur və karbon qazını xarici mühitdən almalıdır. Yarpağın quruluşu da bu iki maddəni asanlıqla qəbul edəcək şəkildə tənzimlənmişdir.

2) Yarpağın yastı forması bütün hüceyrələrin xarici mühitə yaxın olmasına səbəb olur. Bu sayədə, qaz mübadiləsi asanlaşır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır.

3) Yarpaqlar yastı və zərif quruluşda deyil, hər hansı həndəsi və ya mənasız formada olsaydı, yarpaq fotosintez prosesini sadəcə günəşin birbaşa təmas etdiyi hissələrdə həyata keçirərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen hasil etməsinə mane olardı. Nəticədə, canlılar enerjidən məhrum olardılar.

4) Yarpaqların xarici səthi genişdir. Bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbon qazının qəbul edilməsi və oksigenin xaric edilməsi) asanlıqla həyata keçirilməsini təmin edir.

5) Həm ümumi quruluş cəhətdən, həm də mikroskopik cəhətdən təhlil edildikdə yarpaqların ən çox enerji hasilatını təmin etmək üçün yaradılmış, çox dəqiq, kompleks sistemlərə malik olduğunu görürük.

6) Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.