Təkamülü çürüdən digər dəlillər

Bu dəlilləri çox təfərrüatlı sıralamaq mümkündür

Bu dəlilləri çox təfərrüatlı sıralamaq mümkündür. Amma müəyyən olan bir neçəsi bunlardır:

Əvvəlcə bu gün elm, qəti olaraq isbat edib ki, cansız maddələrdən canlı maddələr əmələ gələ bilməz.

İndiyə qədər təkamülçülərin canlıların bir-birindən təkamül yolu ilə inkişaf etdiyi iddiasını dəstəkləyən tək bir ara keçid fosili (daşlaşmış qalıntı) belə tapılmamışdır. Normal növlərə aid fosillərin milyonlarla olmasına baxmayaraq, bu günə qədər heç bir yarı sürünən-yarı quş, yarı balıq-yarı sürünən, yarı meymun-yarı insan canlıya aid bir izə rast gəlinməmişdir. Bu günə qədər əldə edilən 250 milyon fosil, təkamülün heç bir zaman yaşanmadığını, canlıların ortaq bir atadan gəlmədiklərini, növlərin bir-birlərinə çevrilmədiklərini isbat etmişdir. Fosil qeydlərinin ortaya qoyduğu həqiqət, hər bir canlı növünün, sahib olduğu bütün xüsusiyyətlərlə bir anda yaradıldığı və nəsli davam etdiyi müddətcə heç dəyişmədiyidir.

Canlılığın təməl daşı olan zülallar təsadüfən yaranmazlar. 500 amin turşulu bir zülalın təsadüfən meydana gəlmə ehtimalı 10 üstü 950-də birdir. Qısacası, ağılın qavrama sərhədlərinin çox üstündə olan bu ehtimalın reallaşma ehtimalı “0” dır.