Qəzetlərdə, jurnallarda və filmlərdə görünən “meymun-adam”ların hamısı, əslində, təkamülçülərin xəyal məhsulu olan təsvirlərdir. Təkamülçülər bəzən tək bir dişə əsaslanaraq burun, dodaq quruluşu, saç və qaş forması kimi fosil izi qoymayan xüsusiyyətləri özlərinə görə formalaşdırır və yarı meymun yarı insan görünüşlü illüstrasiyalar hazırlayır, hətta bunların ailələrini və sosial həyatlarını mövzu alan saxta rəsmlər çəkirlər. Bu üsuldan istifadə edərək xalqı yanlış yönləndirməyə çalışırlar.
Bununla yanaşı, təkamülçülər tapa bilmədikləri fosilləri “istehsal edirlər”, yəni saxtakarlıqlara əl atırlar. Zaman keçdikcə üzə çıxan bu saxtakarlıqlardan ən məşhur bir neçəsi bunlardır:
Piltdown adamı: Təkamülçülər insan kəllə sümüyünə oranqutan çənəsi əlavə edərək etdikləri bu saxtakarlıqla elm dünyasını 40 il boyu aldatmışlar. 500 yaşındakı bir insan kəlləsinə yeni ölmüş bir oranqutanın çənə sümüyünü birləşdirmişlər. Dişləri insana aid olduğu təəssüratını yaratmaq üçün sonradan əlavə etmiş, birləşmə yerlərini isə törpüləmişlər. Bundan əlavə, bütün parçalar köhnə görünməsi üçün kalium-dixromat ilə ləkələnmişdir.
Nebraska adamı: 1922-ci ildə təkamülçülər tapdıqları bir azı dişi fosilinin insan və meymunların ortaq xüsusiyyətlərini daşıdığını iddia etmişlər. Bu mövzu ilə bağlı çox dərin “elmi” araşdırmalar aparılmış və dişə “Nebraska adamı” adı verilmişdir. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyünün və bədəninin rekonstrusiya rəsmləri çəkilmişdir. Hətta daha da irəli gedərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi rəsmləri də nəşr edilmişdir. Lakin 1927-ci ildə skeletin digər parçaları da tapılmış və bu dişin bir vəhşi qabana aid olduğu anlaşılmışdır.

