Təkamülçülərin uydurma elmi zehniyyəti

Təsadüflər nəzəriyyəsi ağıl və məntiqdən uzaqdır

İnsanlar Allahın varlığını qəbul etmək istəmədikləri üçün, yer üzündəki canlı aləmin yaranması ilə bağlı tamamilə ağıl və məntiqdən kənar, hər cür elmi həqiqətlə ziddiyyət təşkil edən “təsadüflər nəzəriyyəsi” ortaya atıblar. Təkamül nəzəriyyəsi olaraq adlandırılan bu nəzəriyyə, yer üzündəki bütün canlıların təsadüflər nəticəsində yarandığını iddia edir. Halbuki təkamülçülərin əsassız iddiaları araşdırıldıqda, bu nəzəriyyənin “canlı aləmin necə yarandığı” mövzusunda tək bir məqbul şərh belə gətirə bilmədiyi aydınlaşar.

Ağıl və vicdan gözüylə canlılardakı mükəmməl sistemlər araşdırıldıqda qarşımıza AÇIQ-AYDIN bir həqiqət çıxar: canlılar yaradılıblar. Təkamülçülərin canlıların yaranması ilə bağlı bütün iddiaları əsassızdır. Yer üzərində təkamül adlı bir proses əsla baş verməmişdir. Bütün kainat üstün ağıl sahibi bir Yaradıcı tərəfindən bənzərsiz şəkildə yaradılmışdır və təkamül yalnız bir yanıltmadır. Bu, qəti bir həqiqətdir.

Canlı aləmlə bağlı bütün elmi və məntiqi dəlillərin AÇIQ-AYDIN BİR YARADILIŞI sübut etməsinə baxmayaraq, hələ də israrla təkamülü müdafiə etməyə davam edənlər var. Bu hissədə elmə bağlı olduqlarını iddia edən bəzi insanların, həqiqətləri görməzlikdən gələrək necə ağıldan kənar iddialar etdiklərini görəcəyik. Eləcə də, kor-koranə bağlı olduqları, etibarsızlığını görməzlikdən gəldikləri nəzəriyyənin 20-ci əsrdə inkişaf edən elm vasitəsilə necə kökündən yox olduğuna şahid olacağıq.

Əsla Allahın varlığını rədd etməyə səy göstərən bu insanların qapıldıqları yanlış fikrə qapılmayın və siz də hər şeyin Yaradıcısının Allah olduğunu, təkamül adlı prosesin yer üzündə əsla baş vermədiyini anlamzlıqdan gəlməyin.

◉ Təkamülçülər, canlıların iki təməl mexanizm sayəsində təkamül keçirdiklərini iddia edirlər: “təbii seleksiya”“mutasiyalar”.

Təbii seleksiya fiziki xüsusiyyətləri təbii şəraitə uyğunlaşmayan canlıların bir müddət sonra yox olacağını, uyğunlaşanların isə nəsillərini davam etdirəcəyini iddia edər. Halbuki bu iddianın təkamüllə heç bir əlaqəsi yoxdur. Təbii seleksiya mexanizmi vasitəsilə ancaq mövcud olan bir növ daxilində zəiflər yox edilir, nəticədə isə, güclü fərdlərdən ibarət olan bir populyasiya ortaya çıxır. Yəni təbii seleksiya nəticəsində təbiətdə hər hansı yeni bir canlı növü yarana bilməz.

Təkamülçülər də əslində bu həqiqəti görürlər. Tanınmış bir təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Patterson (Colin Patterson) təbii seleksiyanın mənasızlığını bu ifadələriylə qəbul edir:

Heç kim təbii seleksiya mexanizmləri ilə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyə yaxınlaşa da bilməmişdir. Bu gün neo-darvinizmin ən çox müzakirə edilən mövzusu budur.

Təkamülçülərə görə təkamüli dəyişikliklərin digər mənbəyi, canlıların genetik sistemində baş verən təsadüfi mutasiyalardır. Ardıcıl baş verən kiçik mutasiyaların yeni növlər yaratdığını iddia edirlər. Halbuki mutasiyalar təkcə hüceyrədəki bütün məlumatların şifrli vəziyyətdə olduğu DNT-ni korlayarlar. Mutasiyaların qəti təsiri hər zaman zərərlidir, yeni bir növ yaratmaları da qətiyyən mümkün deyil. Mutasiyalar nəticəsində yalnız monqolizm, albinizm, cücəlik, xərçəng kimi xəstəliklər və şikəstliklər meydana gələ bilər. Yaxın keçmişdə Naqasaki və Xirosimada istifadə edilən nüvə silahlarının təsiriylə yaranan radiasiyanın canlılarda yaratdığı mutasiyalar bunun qəti nümunəsidirlər.

Bu məlumatlar əsasında təkamülçülərin təkamülləşdirici kimi iddia etdiyi iki mexanizmin də əslində heç bir məna ifadə etmədiyini və yer üzündə canlıları müəyyən zaman içində təsadüfən yarada biləcək bir mexanizmin var olmadığını anlamazlıqdan gəlməyin.