Təkamülçülərin saxtakarlıqları: 5) Hekkelin saxta rüşeym şəkilləri

Təkamülçü bioloq Ernst Hekkel iddia edirdi ki, canlı rüşeymləri inkişaf prosesi ərzində “əcdadlarının” keçirdiyi təkamül prosesini təkrarlayırlar. Məsələn, guya insan rüşeymi ana bətnindəki inkişafı ərzində əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərir, ən sonda da insana çevrilirdi. Hekkel, heç bir elmi isbatı olmayan bu yalanı isbat etmək üçün saxta rəsmlər çəkdi. Bu saxtakarlığı üzə çıxdıqda özü də bunu etiraf etmək məcburiyyətində qaldı və özünü müdafiə etmək üçün də, digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini deyərək həqiqətləri söylədi. Təkamülçülər, 1901-ci ildə yalan olduğu üzə çıxmasına və bunu Hekkelin özünün də etiraf etməsinə baxmayaraq, hələ də bu rəsmləri bir çox yerdə elmi həqiqət kimi göstərərək insanları aldatmağa davam edirlər.