Darvin, insanın meymunabənzər məxluqdan törədiyini iddia etməsindən sonra, bu ssenarinin təsdiqlənməsi üçün dəlil axtarışına başlandı. Təkamülçü tədqiqatçı Samuel Verner, 1904-cü ildə Konqoda olarkən, təkamülünü tamamlamamış, hələ yarı meymun olduğunu düşündüyü Ota Benqa adlı bir afrikalını tutdu və zəncirləyərək qəfəsə saldı. İki uşaq atası olan Ota Benqa, ailəsindən ayrıldı və Nyu Yorka gətirildi. Nyu-Yorkun Bronks zooparkında şimpanzelərlə bir qəfəsin içində ara keçid forması kimi nümayiş etdirildi. Ota Benqa, zooparka gələn insanların onunla heyvan kimi rəftar etmələrinə, ələ salmalarına, banan uzadıb təhqir etmələrinə dözməyərək intihar etdi.
Təkamülçülərin saxtakarlıqları: 3) Ota Benqa
