1922-ci ildə, Amerikanın Təbiət Tarix Muzeyinin direktoru Henri Ferfild Osborn, Qərbi Nebraskada pliosen dövrünə aid bir azı diş qalığının tapılması haqqında məlumat verdi. İddiaya görə, diş özündə həm meymunun, həm də insanın ümumi səciyyəvi xüsusiyyətlərini daşıyırdı. Təkamülçülər cəmi bir dişdən yola çıxaraq, yarı insan yarı meymun olduğunu iddia etdikləri bu “Nebraska adamı”nın kəlləsinin və bədəninin xəyali rəsmlərini çəkdilər. Sonra isə onun həyat yoldaşı və uşaqları ilə birlikdə öz əlləri ilə çəkdikləri ailəvi şəkillərini dərc etdilər. Lakin 1927-ci ildə skeletin digər hissələri aşkar edildi və məlum oldu ki, bu diş nə insana nə də meymuna aiddir. Diş, nəsli kəsilmiş donuz növü olan “Prosthennops”a məxsus imiş.
Təkamülçülərin saxtakarlıqları: 2) Nebraska adamı
