Təkamülçülərin saxtakarlıqları: 1) Piltdaun adamı

Kəllə və çənə sümüyündən ibarət Piltdaun Adamı qalığı, 500 min il yaşı olduğu iddia edilmiş və Britaniya muzeyində, insan təkamülünün təkzibolunmaz sübutu kimi 40 il nümayiş etdirilmişdi. İngilis paleontoloq Kennet Okli, 1949-cu ildə Piltdaun adamı üzərində bir sınaq keçirdi. Sınaq nəticəsində məlum oldu ki, kəllə 500 il əvvəl yaşamış insana, çənə sümüyü isə təzəcə ölən oranqutana məxsus idi. Bu iki parça bir-birinə bilərəkdən birləşdirilmişdi. Oranqutan çənəsindəki dişlərin insan dişlərinə bənzəməsi üçün dişlər cilalanmışdı. Və qədimdən qalma görkəmi vermək üçün kalium dixromatin köməyi ilə ləkələr çəkilmişdi. Piltdaun adamının saxtakarlıq olduğu təkamülçülər tərəfindən də qəbul edildi. Məhz bütün bunlardan sonra bu qalıq tez-tələsik muzeydən yığışdırıldı.