Təkamülçülərin saxtakarlığı: 4) “Biston Betularia” kəpənəkləri

Təkamülçülərin saxtakarlığı: Biston betularia kəpənəkləri

İngiltərədə sənaye inqilabının başlamasından 50 il sonra, sənaye çirklənməsi nəticəsində ağacların gövdələrini əhatə edən şibyələr öldü və ağac gövdələri qaraldı. Bu zaman “Biston betularia” növü güvələrində açıq rəngli olanlarının azalması, tünd rəngli olanlarının isə çoxalması müşahidə edildi.

Təkamülçülər bu vəziyyəti, təbii seleksiyaya dəlil olaraq sahibləndilər. Açıq rəngli güvələrin guya zamanla təkamül keçirərək tünd rəngli güvələrə çevrildiyi kimi cəfəngiyatı bütün dünyaya yaydılar.

Lakin sonra məlum oldu ki, ortada heç bir təkamül yoxdur. Sadəcə, əvvəl açıq rəngli olan ağaclar üzərindəki tünd rəngli güvələr quşlar tərəfindən daha asan görülüb yeyilirdilər. 50 il sonra ağaclar qaraldığı üçün, bu səfər açıq rəngli güvələr quşlar tərəfindən daha çox görülüb yeyilməyə başlanmışdı.