Təkamülçülər təbiətdə üstün yaradılış olduğu həqiqətini qəbul etməkdən qaçmaqla yanaşı, həyatını davam etdirən bioloji quruluşlar qarşısında heyranlıqlarını gizlətmirlər. Ancaq bunu edərkən təriflər yağdırdıqları xüsusiyyətləri saxta ilaha ətf edirlər. Bu saxta ilahın adı “təbiət”dir (Allahı tənzih edirik). Təkamülçülərin izahatlarına görə bu saxta ilah canlılara şəfqət duyur, onlara ehtiyacları olan orqanları verir, həyatın davam etməsini təmin edir. Düşünür, qərar verir, vəziyyəti qiymətləndirir. Ümumiyyətlə, “ana təbiət” şəklində başlayan cümlələrlə bu saxta ilahdan, təbiətdən şəxsiyyət və ağıl sahibi varlıq kimi danışırlar. Buna görə təbiət bəzən canlılara ehtiyaclarını verən ana, bəzən onlara mükəmməl funksionallığa sahib sistemlər təmin edən mühəndis, bəzən isə canlı növlərini ələyən və bunlardan yeni canlılar meydana gətirən və bu şəkildə növləri təkamülləşdirən seçicidir.
Təbiətdə çox açıq mükəmməllik vardır. Ancaq bunun təbiətə ətf edilməsi çox məntiqsizdir. Təkamülçülərin “Ana təbiət”i, bildiyimiz daş, torpaq, su, ağac, bitki, və s. dən meydana gəlir. Görəsən, bunlardan hansının orqanellər, hüceyrələr, orqanlar və sistemlər yaratmağa və bunlardan milyonlarla fərqli canlı növü meydana gətirməyə gücü çata bilər? Hansının canlılara şüurlu və ağıllı hərəkətlər etdirməsi mümkün ola bilər? Əlbəttə, təbiətin belə gücü yoxdur. Təbiət yaradıcı güc deyil, yalnız vəsaitdir.
İnsana zövq verən portret, rəssamın varlığını göstərir. Mükəmməl sənət əsəri olan bir portreti araşdıran bir şəxs portretdən aldığı zövqlə “boyalar nə gözəl şəkil çəkmişdir, nə gözəl naxış yaratmışdır” deməyəcək. Boyaların öz başlarına şəkil çəkəcək güclərinin olmadığı, rəssam tərəfindən şüurlu olaraq istifadə edildiyi ortadadır. “Ana təbiət” kimi anlayışlar, ya da “təbiət insana bu qabiliyyəti vermiş, təbiət insanı belə yaratmış” kimi qəlibləşmiş sözlər də eyni şəkildə məntiqsiz və yanıldıcıdır…
I …Portretin rəssama işarə etdiyi kimi, təbiət də üstün ağıl sahibi Yaradıcının varlığını göstərir. Qaya, torpaq, hava və su kimi cansız maddələrdən meydana gələn təbiət; həyatın davamı üçün lazım olan təbiət qanunlarını, həyatın təməlində olan məlumatı, bir-birindən üstün möcüzələrlə təchiz edilmiş milyonlarla canlı növünü, bir tovuz quşunun tüklərindəki mükəmməl rəng və naxışları, onu araşdıran elm adamlarını var edə bilməz.
Təkamülçülər təbiətdə hansı canlı nəyə ehtiyac duyursa, bu ehtiyaca dərhal cavab verən təkamül canlıya yeni xüsusiyyətlər qatan “sehrli” mexanizm olduğunu düşünürlər. Bu xəyali iradə əslində təkamülçülərin fərqində olmadan tapındıqları təsadüf bütüdür. Halbuki, həqiqətdə bütlərin heç nəyə gücü çatmaz. “Təbiət”in də, “təsadüf”ün də canlılar yaratmaq və bunları inkişaf etdirmək gücü yoxdur.
Təbiət içindəki bütün canlılar və sistemlərlə bütün bunları yaratmağa güc çatdıran, sonsuz qüdrət və ağıl sahibi Yaradıcının varlığına işarə edir. Allah sonsuz məlumat və qüdrəti ilə təbiəti var etmiş və ona hər an dəstək olur. O, bütün aləmlərin Rəbbidir, yoxdan var edəndir. Dilədiyi an, hər birini və dilədiyi qədərini yenidən yaratmağa güc çatdırandır.

