Təkamülçülərin Miller və Foksun tədqiqatlarının köməyi ilə öz iddialarını əsaslandırmaq cəhdləri cansız maddənin özünütənzimləmə və özünütəşkil yolu ilə kompleks quruluşlu canlını meydana gətirə bilməsinə inanmaqdan başqa bir şey deyildi. Bu iddia elmə tamamilə ziddir, çünki bütün sınaq və təcrübələr göstərib ki, materiya belə xüsusiyyətlərə malik deyil. Məşhur ingilis astronomu və riyaziyyatçısı ser Fred Hoyl bu həqiqəti aşağıdakı misalla izah edir:
“Əgər maddənin içində onu canlı həyat əmələ gətirməyə sövq edən bir daxili mexanizm olsaydı, onu hər bir laboratoriyada həyata keçirmək mümkün olardı. Məsələn, hər hansı bir tədqiqatçı öz sınağında su hovuzundan ilkin “şorba” kimi istifadə edə bilərdi. Bu hovuza bütün növ cansız kimyəvi elementləri və qazları dolduraraq onun üstünü istənilən növdə radiasiya ilə şüalandırmaq olardı. Bu sınağı bir il ərzində həyata keçirərək bu müddətdə həyat üçün zəruri olan 2000 fermentdən neçəsinin meydana gəldiyinə diqqət yetirin. Bu təcrübədə vaxt itirməmək üçün mən sizə həmin an cavab verə bilərəm. Siz bəlkə bir neçə amin turşusu və kimyəvi element istisna olmaqla heç bir şey aşkar edə bilməyəcəksiniz”. (Fred Hoyle, The Intelligent Universe, New York: Holt, Rinehard & Winston, 1983, səh. 256)

