Qəzetlərdə, jurnallarda, filmlərdə görülən “meymun adam”ların hamısı əslində təkamülçülərin xəyal məhsulu olan şəkillərdir. Təkamülçülər bəzən tək bir dişə əsaslanaraq, burun, dodaqların quruluşu, saçların şəkli, qaş forması kimi fosil (daşlaşmış qalıntı) izi buraxmayan xüsusiyyətləri öz ağıllarına görə formalaşdırır və yarı meymun-yarı insan görünüşündə təsvirlər hazırlayır, hətta bunların ailələrini və ictimai həyatlarını mövzu edən saxta şəkillər çəkərlər. Bu metoddan istifadə edərək xalqı səhv istiqamətləndirməyə çalışırlar.
Bununla yanaşı, təkamülçülər tapa bilmədikləri qalıqları “hazırlayarlar”, yəni saxtakarlıqlar edərlər. Zaman ərzində ortaya çıxan bu saxtakarlıqlardan ən məşhur olan bir neçəsi bunlardır:
Piltdaun adamı: Təkamülçülər insan kəlləsinə oranqutan çənəsi əlavə etdikləri bu saxtakarlıqla elm dünyasını 40 il aldatmışlar. 500 il yaşında insan kəlləsinə, yeni ölmüş bir oranqutanın çənə sümüyünü əlavə etmişlər. Dişləri, insana aid olduğu təəssüratını vermək üçün sonradan əlavə etmişlər, oynaq yerlərini də incəltmişlər. Həmçinin, bütün hissələr köhnə görünməsi üçün kalium-dikromat ilə ləkələndirilmişdir.
Nebraska adamı: 1922-ci ildə təkamülçülər tapdıqları bir azı dişi qalığının insan və meymunların ortaq xüsusiyyətlərini daşıdığını iddia etmişlər. Bu mövzuyla əlaqədar çox dərin elmi tədqiqatlar aparılmış və dişə Nebraska adamı adı verilmişdir. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsinin və bədəninin rekonstruksiya şəkilləri çəkilmişdir. Hətta daha da irəli gedilərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də dərc edilib. Ancaq 1927-ci ildə skeletin o biri hissələri də tapılmış və bu dişin bir qabana aid olduğu aydın olmuşdur.

