Təkamülçülərin dəlilsizliyi və əsassız iddiaları

Təkamülçülər heç bir dəlillərinin olmamasına baxmayaraq, davamlı surətdə canlıların təkamül keçirdiyi iddiasını irəli sürürlər. Bu iddiada əmələ gəlməsi mümkün olmayan milyonlarla canlı vardır. Lakin bu canlıların necə əmələ gəldiyini izah edə bilməyən təkamülçülər bütün bu proseslərin baş verdiyini iddia edirlər. Zülalın şüursuz şəkildə və öz-özünə əmələ gəlməsinin mümkün olmadığı sübut edilmişdir. Amma təkamül nəzəriyyəsinə görə bir möcüzə baş vermiş və zülal təsadüfən öz-özünə meydana gəlmişdir. Hüceyrə də bütün orqanoidləri ilə birlikdə təsadüfən əmələ gələ bilməz. Amma təkamül nəzəriyyəsinə görə yenə bir möcüzə baş vermiş və əmələ gəlmişdir.