Təkamülçülər su yosunlarının quru bitkilərinə çevrildiyini iddia edirlər

Təkamülçülərin bu iddiası da digər iddiaları kimi əsassızdır. Onların fikrincə, su yosunları dənizdəki qabarma və çəkilmələrin təsiri ilə sahilə yapışmış, zaman keçdikcə quru bitkilərinə çevrilərək sahildən içəriyə doğru yayılmışdır. Bəs bu fərziyyə həqiqətlə nə dərəcədə uyğun gəlir?

Su yosunlarının quruya çıxması halında onların yaşamasını qeyri-mümkün edən çoxsaylı amillər vardır. Bunlardan ən mühümlərinə qısaca nəzər salaq:

1. Quruma təhlükəsi

Suda yaşayan bir bitkinin quruda yaşaya bilməsi üçün ilk növbədə onun səthi həddindən artıq su itkisindən qorunmalıdır. Əks halda bitki quruyub məhv olar.

Quru bitkiləri qurumanın qarşısını almaq üçün çox mürəkkəb qoruyucu sistemlərlə təchiz edilmişdir. Bu sistemlər son dərəcə həssas və kompleks quruluşa malikdir. Belə bir sistemin təsadüf nəticəsində əmələ gəlməsi mümkün deyil. Əgər bu sistem mövcud deyilsə, bitkinin milyonlarla il ərzində onun yaranmasını gözləməsi də mümkün deyil. Çünki o, qısa müddətdə quruyaraq məhv olacaqdır. Üstəlik, bu cür mürəkkəb sistemlər milyonlarla, hətta milyardlarla il keçsə belə təsadüfən meydana gələ bilməz.

2. Qidalanma

Su bitkiləri ehtiyac duyduqları suyu və mineralları birbaşa yaşadıqları mühitdən alırlar. Buna görə də quruya çıxan su yosunu dərhal qidalanma problemi ilə üzləşəcəkdir. Bu problem həll edilmədən onun həyatını davam etdirməsi mümkün deyil.

3. Çoxalma

Su yosununun quruda yaşadığı qısa müddətdə çoxalması da mümkün deyil. Çünki su yosunları həyat fəaliyyətlərinin hər mərhələsində olduğu kimi çoxalma hüceyrələrinin yayılmasında da sudan istifadə edirlər.

4. Oksigenin dağıdıcı təsirindən qorunma

Quruya çıxdığı iddia edilən su yosunu həmin vaxta qədər oksigeni suda həll olmuş vəziyyətdə qəbul etmişdir. Təkamülçülərin iddiasına görə isə quruya çıxdıqdan sonra oksigeni ilk dəfə birbaşa havadan almağa başlamalıdır.

Məlum olduğu kimi, normal şəraitdə atmosferdəki oksigen üzvi maddələr üzərində dağıdıcı təsir göstərə bilir. Quruda yaşayan canlılar bu təsirdən qorunmalarını təmin edən xüsusi mexanizmlərə malikdirlər. Lakin su yosunu belə qoruyucu fermentlərə sahib deyil. Buna görə də quruya çıxdığı anda oksigenin zərərli təsirindən qorunması mümkün olmazdı. Belə bir sistemin sonradan formalaşmasını gözləməsi də mümkün deyil. Nəticədə quruya çıxan su yosunu qısa müddətdə quruyaraq məhv olacaqdır.

Bütün bunlardan aydın olur ki, su yosununun quruya çıxaraq orada yaşaması mümkün deyil. Quruya çıxdığı ilk andan etibarən sağlam şəkildə yaşaya bilməsi üçün quru bitkilərində mövcud olan çoxsaylı mürəkkəb və qüsursuz mexanizmlərə əvvəlcədən sahib olması zəruridir.

Nəticə etibarilə, su bitkisinin nə qədər uzun müddət keçsə də, hansı şəraitdə olursa-olsun quru bitkisinə çevrilməsi mümkün deyil.

Qısacası, canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi həqiqətlərə zidd olan xurafatdan ibarətdir. Çünki bütün canlıları Allah yaratmışdır.

… “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!” (Bəqərə surəsi, 32)