Təkamülçülər instinkti canlıların genlərinə proqramlaşdırılmış davranışlar kimi izah edirlər. Məsələn, onların fikrincə köç edən canlılar ilk dəfə çıxdıqları köç zamanı istiqamətlərini instinktlərinə uyğun olaraq tapırlar. Bir quşun və ya bir ilanbalığının minlərlə kilometrlik yolu qət edə bilməsini təmin edən də guya onların instinktidir. Yəni köçəri quşların, ilanbalıqlarının və dəniz tısbağalarının hara gedəcəkləri onların genlərinə proqramlaşdırılmışdır. Bu halda belə bir sual ortaya çıxır: bu proqramı quşların və digər canlıların genlərinə kim yerləşdirmişdir? Çünki hər bir proqramın bir proqramçısı vardır. Elə isə canlılardakı instinktlərin proqramçısı kimdir?
Təkamülçülərin bu suallara verdikləri cavab sadəcə insanları aldatmaqdan ibarətdir. Onların fikrincə, Yer üzündəki bütün canlılar xüsusiyyətlərini “Ana Təbiət” adlandırdıqları anlayış sayəsində qazanmışlar. Lakin gəlin bu anlayışın nələri əhatə etdiyini düşünək: daş, torpaq, ot, ağaclar, çiçəklər və digər təbii varlıqlar. Bir ağacın bir arıya necə pətək toxuyacağını, pətəyi əmələ gətirən altıbucaqlıların neçə dərəcəlik meylliyinin olacağını öyrətməsi yaxud bir quşa yuva qurmağı öyrətməsi mümkün deyildir. Təbiətdə mövcud olan heç bir varlığın başqa bir canlıya ağıl və şüur tələb edən davranışlar etdirməsi mümkün ola bilməz. Belə bir iddia nə ağla, nə də elmi prinsiplərə uyğun gəlir.
Canlılara bütün bunları etdirən, onlara sahib olduqları xüsusiyyətləri verən sonsuz ağıl sahibinin mövcud olduğu açıq bir həqiqətdir. Bu sonsuz ağlın sahibi isə, heç şübhəsiz, aləmlərin Rəbbi olan Allahdır. Təkamülçülərin “instinkt” və ya “proqramlaşdırılma” kimi ifadə etdikləri bütün bu davranışlar Allahın ilhamı ilə həyata keçir. arasındakı yardımlaşmaya və şəfqət dolu davranışlara təkamülçülər necə izah verirlər?

