Təkamülçülər iddia edirlər ki, ilk bakteriyalar qidalanma ehtiyacına görə fotosintez etməyə başlamışlar. Lakin belə bir iddia elmi cəhətdən mümkün deyil. Çünki canlıların aclığa dözmə müddəti fərqli olsa da, qida tapa bilməyən hər bir canlının qaçılmaz sonu ölümdür. Bu iddia qarşısında cavablandırılması tələb olunan bir sıra suallar meydana çıxır. Aclıq çəkən bir canlı milyonlarla il ərzində ölmədən necə gözləyə bilərdi? Üstəlik, bu müddət ərzində bakteriyaların daha mürəkkəb bir canlıya çevrilərək, bu gün də bütün mərhələləri tam izah edilə bilməyən və süni şəkildə belə tam təqlid edilə bilməyən fotosintez kimi mürəkkəb bir prosesi həyata keçirməyə başlaması necə mümkün ola bilərdi?
Bitkilərin bakteriyalardan təkamül yolu ilə əmələ gəlməsi mümkün deyildir. Çünki bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi quruluş baxımından bir-birindən əsaslı şəkildə fərqlənir. Təkcə onların DNT quruluşu araşdırıldıqda belə, bu fərqlər açıq şəkildə görünər.
Məsələn, bitki hüceyrəsində DNT molekulu ikiqat membranla qorunar, bakteriya hüceyrəsində isə DNT molekulu hüceyrənin daxilində sərbəst şəkildə yerləşər. Bakteriya hüceyrəsindəki DNT molekulunda az sayda zülal mövcuddur. Bitki hüceyrəsində isə DNT molekulu bir ucdan digər uca qədər zülallarla əlaqəli vəziyyətdə yerləşər. Bakteriya hüceyrəsindəki DNT yalnız bir hüceyrəyə aid məlumat daşıyar. Bitki hüceyrəsindəki DNT isə bütöv bitkinin quruluşu və fəaliyyəti ilə bağlı məlumatları daşıyır.
Bakteriyalarda heç bir orqanoid olmaz. Bitki hüceyrələrində isə hər biri olduqca mürəkkəb quruluşa malik olan çoxsaylı orqanoidlər mövcuddur. Bu həqiqəti təkamülçülər də qəbul edirlər. Məsələn, təkamülçü elm adamı Prof. Əli Dəmirsoy bu vəziyyəti açıq şəkildə belə etiraf edir:
“Kompleks hüceyrələr heç vaxt ibtidai hüceyrələrdən təkamül prosesi nəticəsində yaranmamışdır.” (Ali Demirsoy, Kalıtım ve Evrim, səh. 79).
88. Təkamülçülər su yosunlarının quru bitkilərinə çevrildiyini iddia

