Təkamülçülər bir canlının doğulduğu andan etibarən öz növünə məxsus xüsusiyyətlərə aid məlumatlara necə sahib olduğu, nümayiş etdirdiyi şüurlu, planlı və ağıllı davranışların necə meydana gəldiyi suallarına hansı cavabları verirlər?

Bu kimi suallara təkamülçülər aydın və qəti cavab verə bilməzlər. Lakin belə hallarda onların irəli sürdükləri bir izah vardır. Onlar iddia edirlər ki, heyvanlar bu davranışları instinktləri sayəsində nümayiş etdirirlər. Lakin “instinkt” sözü təkamülçü alimlər tərəfindən heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları ifadə etmək üçün istifadə olunan bir anlayışdan başqa bir şey deyildir. Ancaq bu instinktin necə qazanıldığı, ilk dəfə necə meydana gəldiyi və nəsildən-nəslə necə ötürüldüyü sualları həmişə cavabsız qalır.

Təkamülçü genetik Qordon R. Teylor (Gordon R. Taylor) “The Great Evolution Mystery” (Təkamülün Böyük Sirri) adlı kitabında instinktlərlə bağlı bu çıxılmaz vəziyyəti belə ifadə edir:

“Əgər instinktiv davranışın ilk dəfə necə meydana gəldiyini və bir növdə irsi xüsusiyyət kimi necə möhkəmləndiyini soruşsaq, bu suala heç bir cavab ala bilmərik.”

(Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers, 1983, səh. 222)