Materialistlər kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə etməklə yanaşı, kainatda bir məqsəd və xüsusi yaradılmış qüsursuz nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün müvazinət, ahəng və uyğunluğun sadəcə təsadüflərin əsəri olduğunu irəli sürürlər. Bu “təsadüf” iddiası ilə daha sonra canlıların meydana gəlməsi sualını da cavablandırıblar. Təkamül nəzəriyyəsi və ya darvinizm kimi tanınan iddia məhz materializmin təbiətə bu şəkildə tətbiq edilməsindən ibarətdir.
Müasir astronomiyanın baniləri kainatın Allah tərəfindən yaradıldığına və nizamlandığına iman gətirmiş şəxslər olmuşlar. Ancaq 19-cu əsrdə elm dünyasında bəzi dəyişikliklər oldu. Materializm bəzi zümrələr tərəfindən qəsdən elm dünyasının gündəminə gətirildi. 19-cu əsrdəki bir sıra siyasi və sosial şərtlər materializmə dəstək verdiyi üçün bu fəlsəfi ideologiya elm dünyasında da geniş qəbul edilməyə başlandı. Lakin elmi kəşflər materializmin nə qədər həqiqətdənkənar olduğunu artıq üzə çıxarıb.
