Saysız-hesabsız iman dəlilindən bir neçə nümunə belə, Allahın qüsursuz yaradışını göstərmək üçün kifayətdir:
- Amin turşularının təsadüfən doğru sıralama ilə düzülərək zülalları meydana gətirmələri, sonra da bir hüceyrə yaratmaları riyazi olaraq qeyri-mümkündür. Tək bir zülalın belə təsadüfən meydana gəlməsini açıqlaya bilməyən təkamül nəzəriyyəsi, hüceyrənin və daha mürəkkəb strukturların necə meydana gəldiyini əsla açıqlaya bilməz.
- Millimetrin 100-də biri böyüklüyündə olan hüceyrələrimizin içindəki “mitoxondri” adlı enerji stansiyası neftayırma zavodundan, ya da hidroelektrik stansiyasından daha mürəkkəbdir. Minlərlə mühəndisin, texniki mütəxəssisin, işçinin, dizaynerin bir araya gələrək ən yüksək texnologiyadan istifadə edərək təmin etdikləri enerjini müəyyən sayda atomu öz başlarına istehsal etmələri təsadüflərlə açıqlana bilməz.
- İnsanın tək bir hüceyrəsinin nüvəsindəki DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq böyüklükdə, həssas sıralama ilə məna qazanan məlumat anbarı vardır. DNT kor təsadüflərin məhsulu ola bilməz.
- Bəzi genlər digərləri üzərində idarə səlahiyyətinə malikdir. Genlər arasındakı iyerarxik nizam, təkamülün xəyali təsadüf məntiqi ilə meydana gələ bilməyəcək qədər mürəkkəbdir.
- İstər bitki olsun, istər heyvan canlılardakı qüsursuz və möhtəşəm strukturlar onların təsadüflərin əsəri olmadıqlarını, qəfildən əskiksiz olaraq yaradıldıqlarını açıqca göstərir.
- Beyin təxminən 100 milyard sinir hüceyrəsindən ibarətdir. Bu hüceyrələr arasındakı sinapsların sayının isə 1 kvadrilyon olduğu təxmin edilir. Təsadüflərin heyrətverici ünsiyyət şəbəkəsi quracaq şəkildə sinir hüceyrələrini təşkil etmələri qeyri-mümkündür….
I
- Bakteriya qamçısı, bəzi bakteriyalar tərəfindən maye mühitdə hərəkət edə bilmək üçün istifadə edilir və təxminən 240 fərqli zülalın bir araya gələrək mühərrik şəklində çalışması ilə vəzifəsini icra edir. Bakteriya qamçısı və bunun kimi təbiətdəki saysız sadələşdirilə bilməz komplekslikdəki quruluş, var olduğu ilk andan etibarən qüsursuz işləməlidir. Bu həqiqət təkamül nəzəriyyəsinin “addım-addım inkişaf” iddiasını tək başına çürütməyə kifayətdir.
- Müdafiə sistemi hüceyrələrinin xarici antigenləri tanımaları və onlara qarşı “anticisim” adı verilən maddələr ifraz edərək yox etməyə çalışmaları təkamüllə açıqlana bilməz.
- Laxtalanma bir sıra fermentin sıra ilə kimyəvi reaksiyaya girərək başqasını aktiv etməsi ilə ortaya çıxan vacib hadisədir. Bu atom yığınlarının belə şüur nümayiş etdirməsi isə çox böyük möcüzədir və heç bir şəkildə təsadüflərə əsaslanan zamanın məhsulu ola bilməz.

