Təkamül niyə israrla müdafiə olunur?

Allahın varlığını göz ardı edən, Ona qarşı məsul olduğunu qəbul etmək istəməyən insanlar, bu istəklərini reallaşdıra bilmək və digər insanlara da bu düşüncələrini qəbul etdirə bilmək üçün məqbul səbəb axtarırlar.

Hər şeyin təsadüfən meydana gəldiyini iddia edərək, Allahın açıq-aşkar varlığını inkar etdirməyə və bununla da kimsəyə qarşı məsul olmadıqlarını qəbul etdirməyə çalışırlar.

Məhz bu nöqtədə, təkamül nəzəriyyəsi, inkarçı fəlsəfələr üçün guya elmi dayaq meydana gətirir.

Məhz buna görə Allahı inkar etməkdə israrlı insanlar, elmi etibarlılığı olmasa da, doğruluğuna inanmasalar da bu nəzəriyyəni ideoloji və fəlsəfi zərurət olaraq müdafiə edirlər.