Təbii seçmə, “bir canlı üçün faydalı olan bir dəyişikliyin (bu dəyişiklik quruluşla və ya davranışlarla bağlı ola bilər) digərləri arasından seçilərək həmin canlıda daimi xüsusiyyətə çevrilməsi və bu yolla sonrakı nəsillərə ötürülməsi” kimi izah edilir. Bu iddiada diqqət yetirilməsi vacib olan bir neçə mühüm məqam vardır.
Bunlardan birincisi, bu tezisin təbiəti faydalı və zərərli davranışları ayırd edə bilən, şüurlu şəkildə qərar verən bir qüvvə kimi təqdim etməyə çalışmasıdır. Halbuki təbiətdə belə bir qərar verə biləcək heç bir qüvvə yoxdur. Təbiətdəki heç bir canlı da bu cür qabiliyyətə malik deyildir. Belə bir seçimi yalnız həmin canlıları yaradan edə bilər ki, bütün canlılar da Allahın nəzarəti və iradəsi ilə hərəkət edirlər.
Təbii seçmə mexanizminə görə, qazanılmış davranışların irsiyyət yolu ilə sonrakı nəsillərə ötürülməsi tələb olunur. Burada da diqqətdən qaçırılmamalı olan mühüm bir məqam vardır. Canlılar təcrübə yolu ilə müəyyən şeyləri öyrənsələr də, bu bilik və bacarıqları sonrakı nəsillərə irsiyyət yolu ilə ötürmələri mümkün deyildir.
Bu mövzuya aid maraqlı nümunələrdən biri işçi qarışqalardır. Qarışqa koloniyalarında bütün məsuliyyət işçi qarışqaların üzərinə düşür. Bu qarışqaların xüsusiyyətlərindən biri də onların sonsuz (nəsilvermə qabiliyyətindən məhrum) olmalarıdır. Yəni bu canlıların sahib olduqları bacarıqları sonrakı nəsillərə irsiyyət yolu ilə ötürmələri qeyri-mümkündür.
Qısası, təbii seçmə mexanizmi ilə canlıların getdikcə daha inkişaf etmiş xüsusiyyətlər qazanması və bunları özlərindən sonrakı nəsillərə ötürməsi mümkün deyildir. Bundan əlavə, təbii seçmə yeni bir canlı növü meydana gətirmək qabiliyyətinə də malik deyildir. Məsələn, aslandan qaçan ceyran sürüsündə təbii olaraq ən sürətli qaçan ceyranlar xilas olacaqlar. Lakin bu ceyranların zamanla başqa bir növə, məsələn marala çevrilməsi baş verməyəcəkdir. Buna görə də təkamül nəzəriyyəsinin iki əsas mexanizmindən biri kimi təqdim edilən təbii seçmənin həyatın yaranması və canlı növlərinin meydana çıxması prosesində heç bir rolu və töhfəsi yoxdur. başlayır. Bu davranışları təsadüflərlə izah etmək mümkündürmü?

