Xeyr, təkamülçülərin canlıların təsadüfən yarandığını irəli sürən iddiaları əsassızdır. Təkamül adlı bir proses baş verməmişdir. Lakin yenə də bu mövzuda israrlı olanlar üçün nəzəriyyənin keçərsizliyi ilə bağlı dəlilləri izah edək. Təkamülçülərin müəyyən əsas klassik iddiaları vardır. Bunlar aşağıdakılardır:
Təbii seçmə və mutasiya vasitəsilə yeni canlı növlərinin yarandığını iddia edirlər.
Strukturu təbii şəraitə uyğun gəlməyən canlıların məhv olacağını, uyğun olanların isə nəsillərini davam etdirəcəyini iddia edən təbii seçmə mexanizminin yeni bir növ ortaya çıxarması mümkün deyil. Bu, sadəcə mövcud növlər arasında seçilməyə (ələnməyə) səbəb olur, əsla yeni bir növ yarada bilməz. Mutasiyalar isə yalnız DNT-də təxribat törədir. Mutasiyaların təsiri zərərlidir, onların yeni bir növ yaratması da qətiyyən mümkün deyil.
Canlıların sudan quruya keçdiyini iddia edirlər.
Suda yaşayan bir canlının quruya keçməsi mümkün deyil. Çünki bir canlı öz bədən çəkisini, bədən temperaturunu, bədənindəki suyun istifadə sistemini, böyrək quruluşunu, tənəffüs sistemini və həyat tərzini dəyişərək özünü tamamilə başqa bir canlıya çevirə bilməz.
Quşların sürünənlərdən təkamül etdiyini iddia edirlər.
Belə bir şey də mümkün deyil. Çünki
Quşların qanadlarının sürünənlərin pulcuqlarının dəyişməsi nəticəsində yaranması imkansızdır.
Quşların ağciyərləri quru canlılarının ağciyərlərinin tamamilə əksi olan bir prinsiplə işləyir.
Quşların uçmasında mühüm amil olan sümükləri quru canlılarına nisbətən daha yüngüldür.
Quşların və sürünənlərin sümük-əzələ sistemləri bir-birindən tamamilə fərqlidir.
Məməlilərin də sürünənlərdən təkamül etdiyini iddia edirlər.
Bu da tamamilə əsassız bir iddiadır. Çünki sürünənlərin bədəni pulcuqlarla örtülüdür, onlar soyuqqanlıdırlar və yumurta qoymaqla çoxalırlar. Məməlilər isə istiqanlıdırlar, bədənləri tüklərlə örtülüdür və doğaraq çoxalırlar.

