Təkamül nəzəriyyəsinin iddiasına görə, fosfor, karbon kimi şüursuz, ağılsız, qabiliyyətsiz, məlumatsız və cansız atomlar təsadüflər nəticəsində bir yerə gəlmişlər, ildırımlar, vulkanlar, ultrabənövşəyi şüalar, radiasiya kimi təbii hadisələr nəticəsində özlərini qüsursuzca təşkil edərək zülalları, hüceyrələri, balıqları, pişikləri, dovşanları, aslanları, quşları, insanları və bütün canlıları meydana gətirmişlər.
Təsadüfləri yaradıcı bir ilah qəbul edən təkamül nəzəriyyəsinin əsas iddiası budur. Belə bir iddiaya inanmaq isə ağıla, məntiqə və elmə ziddir.
