Təkamül nəzəriyyəsi nəyi iddia edir?

Təkamül nəzəriyyəsi canlılığın təsadüfən yarandığını iddia edir. Dolayısı ilə bu qeyri-elmi iddiaya görə, cansız və şüursuz atomlar bir araya gələrək əvvəlcə hüceyrəni formalaşdırıblar, sonradan isə bu atomlar bir şəkildə digər canlıları və insanı meydana gətiriblər. Təkamülçülərin bu iddiası ilə bağlı bir təcrübə hazırlayaq və onların yüksək səslə dilə gətirə bilmədikləri bir iddianı onlar adına “Darvin düsturu” adı ilə araşdıraq:

Təkamülçülər böyük çəlləklərin içinə canlılığın strukturunda olan elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şəraitdə mövcud olmayan, lakin bu qarışığın içində olmasını zəruri hesab etdikləri materialları da bu çəlləklərə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər (təkcə birinin belə təsadüfən yaranma ehtimalı 1/10950 olan) zülal doldursunlar. Bu qarışığa istədikləri dərəcədə istilik və rütubət versinlər, müasir cihazlarla qarışdırsınlar. Çəlləklərin başında da növbəli şəkildə milyardlarla, hətta trilyonlarla il gözləsinlər. Lakin nə edirlərsə etsinlər, o çəlləklərdən qətiyyən bir insan çıxara bilməzlər. Şirləri, pələngləri, qarışqaları, qızılgülləri, zanbaqları, maqnoliya çiçəklərini, qırqovulları, ağacdələnləri, balinaları, kenquruları, atları, tutuquşuları, bananları, portağalları, zeytunları, narları, üzümləri və bunlar kimi milyonlarla canlı növündən heç birini yarada bilməzlər. Nəinki burada bir neçəsini saydığımız bu canlı varlıqları, onların hətta tək bir hüceyrəsini belə əldə edə bilməzlər.