Təkamül nəzəriyyəsi canlılığın təsadüfən meydana gəldiyini iddia edər. Bu səbəbdən, bu elmdən kənar iddiaya görə cansız və şüursuz atomlar bir yerə gələrək əvvəl hüceyrəni meydana gətirmişlər və sonra bu atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. Təkamülçülərin bu iddiası ilə əlaqədar bir təcrübə hazırlayaq və təkamülçülərin yüksək səslə dilə gətirə bilmədikləri bir iddianı onlar adına “Darvin düsturu” adıyla araşdıraq:
Təkamülçülər, böyük vedrənin içinə canlılığın quruluşunda olan elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə tapılmayan, ancaq bu qarışığın içində olmasını lazım bildikləri vəsaiti də bu vedrələrə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər (birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10950-də bir olan) zülal doldursunlar. Bu qarışığa istədikləri nisbətdə istilik və rütubət versinlər, inkişaf etmiş cihazlarla qarışdırsınlar. Vedrələrin başında da növbəylə milyardlarla, hətta trilyonlarla il gözləsinlər. Ancaq hər nə edirlərsə etsinlər o vedrələrdən qətiyyən bir insan çıxara bilməzlər. Aslanları, pələngləri, qarışqaları, gülləri, zanbaqları, maqnoliyaları, qırqovulları, ağacdələnləri, balinaları, kenquruları, atları, tutuquşuları, bananları, portağalları, zeytunu, narları, üzümləri və bunlar kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Nəinki burada bir neçəsini saydığımız bu canlı varlıqları, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

