Təkamül nəzəriyyəsi elmi baxımdan heç bir əsası olmadığı halda, niyə bəzi dairələr tərəfindən bu qədər israrla müdafiə olunur?

Allahın varlığını gözardı edən, Ona qarşı məsuliyyət daşıdığını qəbul etmək istəməyən insanlar bu istəklərini reallaşdıra bilmək və digər insanlara da bu düşüncələrini qəbul etdirmək üçün ağlabatan bir bəhanə axtarırlar. Hər şeyin təsadüfən yarandığını iddia edərək Allahın aşkar olan varlığını inkar etdirməyə və beləliklə də heç kimə qarşı məsuliyyət daşımadıqlarını qəbul etdirməyə çalışırlar. (Allahı uca tutur və nöqsanlardan tənzih edirik).

Məhz bu məqamda təkamül nəzəriyyəsi inkarcı fəlsəfələr üçün sözdə “elmi” bir dayaq formalaşdırır. Buna görə də Allahı inkar etməkdə inad edən insanlar, elmi bir əsası olmasa da, doğruluğuna inansalar da, inanmasalar da, bu nəzəriyyəni ideoloji və fəlsəfi bir zərurət kimi müdafiə edirlər.