Təkamül nəzəriyyəsi yer üzündə canlılığın ortaya çıxması ilə bağlı heç bir izah verə bilmir.
Yer qatları və fosil qalıqları araşdırıldıqda, yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı görünür. Kompleks canlıların fosillərinə rast gəlinən ən dərin yer qatı, yaşı 520-530 milyon il olduğu hesablanan “Kembri” qatıdır. Kembri süxurlarında tapılan fosillər müxtəlif kompleks onurğasız növlərinə aiddir. Maraqlı məqam odur ki, bir-birindən çox fərqli olan bu növlərin hamısı bir anda və heç bir əcdadı olmadan ortaya çıxmışdır. Məhz buna görə də geoloji ədəbiyyatda bu möcüzəvi hadisə “Kembri partlayışı” kimi adlandırılır.
Dünyanın necə olub da belə birdən-birə bir-birindən çox fərqli onurğasız növləri ilə dolub-daşması, heç bir ortaq əcdada sahib olmayan ayrı-ayrı növlərdəki canlıların heç bir təkamül mərhələsi keçmədən necə ortaya çıxdıqları təkamülçülərin əsla cavablandıra bilmədikləri suallardır. (

