Təkamül nəzəriyyəsi yer üzündə canlıların ortaya çıxışı ilə əlaqədar heç bir açıqlama vermir.
Yer üzü təbəqələri və fosil (daşlaşmış qalıntı) qeydləri araşdırıldığında, yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı görülür. Kompleks canlıların fosillərinə rast gəlinən ən dərin yer təbəqəsi, 520-530 milyon il yaşında olduğu hesablanan “Kembri” təbəqəsidir. Kembri qayalıqlarında olan fosillər müxtəlif kompleks onurğasız növlərinə aiddir. Maraqlı olan, bir-birindən çox fərqli olan bu növlərin hamısının bir anda və heç bir ataları olmadan ortaya çıxmalarıdır. Buna görə geoloji ədəbiyyatda bu möcüzəvi hadisə, “Kembri partlayışı” olaraq adlanır.
Dünyanın necə olub da belə birdən-birə bir-birlərindən çox fərqli onurğasız növləriylə dolub daşdığı, heç bir ortaq ataya sahib olmayan ayrı növlərdəki canlıların heç bir təkamül mərhələsi keçirmədən necə ortaya çıxdıqları təkamülçülərin əsla cavab verə bilmədikləri suallardır.

