Bir çox insanlar Darvinin təkamül nəzəriyyəsini adi bir elmi mövzu kimi qəbul edirlər. Halbuki əksinə, təkamül nəzəriyyəsinin verdiyi mesajlar tarix, fəlsəfə, siyasət kimi bir çox elm sahələrinə təsir etmişdir. Çünki təkamül nəzəriyyəsi insanın və bütün digər canlıların bu dünyada necə yarandıqları sualı ilə əlaqədardır və bu suallara verilən cavab istər istəməz insanın və cəmiyyətin bütün dünya görüşünü dəyişdirir. Başda materialist fəlsəfə olmaq üzrə canlıların yaradılmadıqlarını iddia edən təkamül nəzəriyyəsi bütün ateist fikirlərin ısasını meydana gətirmişdir. Elm tərəfindən yalan hesab edilməsinə baxmayaraq həllə də həqiqət kimi təqdim edilməsinin arxasında yuxarıda dediyimiz fikirlər yatır.
Təkamül nəzəriyyəsinin yaxşı bilinməyən digər tərəfi isə 19-cu əsrdə inkişaf edən və 20-ci əsrdə də təsirləri hələ də davam edən Avropa imperializminin əsasının qoyulmasıdır. Nəzəriyyənin qurucusu olan Darvin bildiyimiz kimi insanların meymunabənzər canlılardan yarandığını iddia etmişdir. Bu iddianı ortaya atarkən insan irqləri arasında böyük bərabərsizlik olduğunu, bəzilərinin çox yüksək səviyyədə təkamül keçirdiyini, bəzilərinin isə hələ də “yarı meymun” vəziyyətində olduğunu iddia etmişdir. Darvin Avropalıları “ali irqlər” hesab etmiş, “yarı meymun millətlər” arasında isə, başda Türk Milləti olmaq üzrə o dövrdə Avropalıların mübarizə apardığı digər millətləri göstərmişdir. Bu axmaq nəzəriyyəyə əsasən, Avropa imperializmi bu millətləri müstəmləkə əsarətində saxlamaq və hətta kölələşdirməyi hədəfə almışdır.

