Təbii seleksiya canlılardakı kompleks strukturların necə meydana gəldiyini izah edə bilməz

Təkamül nəzəriyyəsi, yaşadıqları mühitə ən yaxşı adaptasiyanı təmin edən canlıların daha çox yaşamaq və çoxalmaq imkanı tapdıqlarını və bu şəkildə faydalı xüsusiyyətlərini sonrakı nəsillərə ötürə bildiklərini, növlərin bu “mexanizmlə” təkamülləşdiyini iddia edir.

Halbuki, təbii seleksiya olaraq bilinən bəhs olunan mexanizm, canlıları təkamülləşdirməz, onlara yeni xüsusiyyətlər qazandıra bilməz. Yalnız bir canlı növünə aid xüsusiyyətləri gücləndirə bilər.

Məsələn, bir bölgədə yaşayan dovşanlardan sürətli qaçanlar yaşayar, digərləri isə ölərlər. Bir neçə nəsil sonra bu bölgədəki dovşanlar daha sürətli qaçan fərdlərdən meydana gələr. Ancaq, heç bir zaman bu dovşanlar başqa bir canlı növünə (məsələn, tazılara və ya tülkülərə) təkamül edə bilməzlər.