Əlbəttə ki, bu mümkün deyildir. Bunu bir nümunə ilə nəzərdən keçirək.
Bezoar keçisi nə zaman ilan tərəfindən sancılsa, yaşadığı ərazidə bitən südləyən bitkisi növlərindən birini yeyərək qanına qarışmış ilan zəhərini həmin bitkinin tərkibində olan “euforbon” maddəsi vasitəsilə zərərsiz hala gətirər. Lakin gündəlik otlama zamanı südləyən bitkisinə heç toxunmaz. Bu isə bezoar keçilərinin südləyən bitkisinin kimyəvi tərkibini və həmin bitkinin ilan zəhərinə qarşı təsirli olduğunu bildikləri mənasına gələr. Bəs onlar bu məlumatı necə əldə etmişlər?
Keçilərin özlərini ilan sancdıqda qarşılarına çıxan bütün otları yeyərək, yəni sınama-yanılma üsulu ilə hansı bitkinin zəhərlənmənin qarşısını aldığını müəyyən etmələri, əlbəttə ki, mümkün deyildir. Elə isə bu keçilər ilan zəhərinə qarşı hansı bitkinin təsirli olduğunu və ilan sancdıqda necə müalicə olunacaqlarını haradan bilirlər? Bu bilikləri onlara kim öyrətmişdir?
Bu sualların yalnız bir cavabı vardır. Bezoar keçiləri də yer üzündəki bütün digər canlılar kimi Allahın ilhamı ilə hərəkət edərlər. Onlara necə davranmalı olduqlarını Allah öyrətmişdir.
87. Təkamülçülər iddia edirlər ki, ibtidai bakteriya hüceyrəsi mühit şəraitinin təsiri nəticəsində fotosintez etməyə başlamış və təkamül keçirərək bitkiləri meydana gətirmişdir. Bakteriyaların belə mürəkkəb

