Təkamülçülər canlılardakı mürəkkəb mexanizmlər qarşısında səssiz qalarlar. Nəzəriyyəni təkzib edən yaradılış nümunələrindən biri bombardman böcəyidir.
Bombardman böcəyi düşmənlərinə qarşı bədəninin arxa hissəsində yerləşən xüsusi bir dəlikdən qaynar temperaturda kimyəvi maye püskürtməklə özünü müdafiə edər. Bu kimyəvi müdafiə sistemi necə işləyər?
Bu sual üzərində çalışan alimlər son dərəcə maraqlı nəticələr əldə etmişlər. Bombardman böcəyi xüsusi ifrazat vəzilərində iki kimyəvi maddənin — hidrogen peroksid və hidroxinonun konsentrat qarışığını hazırlayar. Bu maddələr “toplama kisəsi” adlandırılan xüsusi saxlama bölməsində toplanar. Toplama kisəsi isə “partlayış kamerası” adlandırılan ikinci bölmə ilə əlaqəlidir. Bu iki bölmə insan ürəyindəki qapaqlı əzələ sistemi kimi işləyən xüsusi mexanizmlə bir-birindən ayrılmışdır. Böcək təhlükə hiss etdiyi zaman toplama kisəsinin əzələləri yığılmağa başlayar. Eyni anda bu kisəni partlayış kamerasından ayıran əzələlər boşalar və aradakı qapaq açılar. Beləliklə, kimyəvi qarışıq partlayış kamerasına daxil olar və burada partlayışı təmin edən katalizator fermentlərlə qarşılaşar. Bu mərhələdə partlayış kamerasının qapağı dərhal yenidən bağlanar. Hidrogen peroksid suya və oksigenə parçalanar. Ayrılan oksigen hidroxinonla reaksiyaya girərək əlavə su əmələ gətirər və “xinon” adlanan qıcıqlandırıcı kimyəvi maddə yaranar. Bu reaksiyalar zamanı çox yüksək temperatur meydana gələr. Kimyəvi qarışıq qaynama həddinə çatdıqdan sonra böcəyin bədəninin arxa hissəsində yerləşən boruvari xüsusi kanaldan böyük təzyiqlə xaricə püskürdülər. Beləliklə, böcək düşmənini zəhərli kimyəvi maddə olan xinon vasitəsilə təsirsiz hala gətirər. Böcəyin bədənində baş verən bütün bu ardıcıl reaksiyalar göz qırpımında tamamlanar. Bu sistemin heç bir səhvə yol vermədən işləməsi son dərəcə vacibdir. Çünki sistemdə yaranacaq ən kiçik nasazlıq ya partlayışın baş verməməsinə və böcəyin düşməni tərəfindən öldürülməsinə, ya da partlayışın böcəyin öz bədəninin daxilində baş verməsinə səbəb olar. Qısası, bombardman böcəyinin müdafiə sisteminin tam işləyə bilməsi üçün onun bütün hissələrinin eyni anda və tam şəkildə mövcud olması vacib şərtdir. Bu isə böcəyin yaradılmış olduğunun göstəricisidir.
86. Təbiətdəki canlılar özlərini müalicə etməyi necə öyrənmiş ola bilərlər? Bu, təkamülçülərin iddia etdikləri kimi təsadüfən yaranmış bir

