Təkamülçülər bu məsələlərə əsaslı izah verə bilmirlər. Bu mövzunu bir neçə nümunə üzərində nəzərdən keçirək.
Erkək buynuzquşu son dərəcə etibarlı bir yuva qurur və dişi quşu onun içinə yerləşdirir. Daha sonra balalar yumurtadan çıxıb böyüyənə qədər dişi quşa və balalarına daim yem daşıyır, onların qayğısına qalır və bu vəzifəsinə heç vaxt laqeyd yanaşmır.
Pinqvin isə dondurucu qış ayları boyunca yumurtalarının yanından ayrılmır, heç qidalanmadan kürt yatır.
Bir çox balıq növü yumurtaları və sürfələri üçün böyük diqqətlə yuvalar hazırlayır. Məsələn, erkək tikanbalığı su bitkilərindən hissələr toplayır, böyrəklərindən ifraz olunan yapışqan bir mayeni onların üzərinə püskürdərək bitki parçalarını bir-birinə yapışdırır və beləliklə yuva qurur. Daha sonra dişi balığın həmin yuvadakı tunelə yumurta qoymasını təmin edir və yumurtaların bütün qayğısını öz üzərinə götürür. Yuvanı təmir etmək, yumurtaları oksigenlə təmin etmək üçün suyu dalğalandırmaq, keşik çəkərək onları qorumaq kimi bütün vəzifələr erkək balığa aid olur.
Təbiətdə bunlara bənzər çoxlu sayda nümunələr vardır. Bu davranışların meydana gəlməsini təkamül mexanizmləri ilə izah etmək mümkün deyildir. Buna görə də təkamülçülər canlılardakı bu xüsusiyyətlərin necə yarandığı sualını cavabsız qoyurlar.
Təkamülçü professor Dr. Cemal Yıldırım ananın balasına olan sevgisi kimi davranışların təkamül mexanizmləri ilə izah edilə bilməyəcəyini belə ifadə edir:
“Ananın balasına olan sevgisini heç bir ruhani ünsür daşımayan ‘kor’ bir mexanizmlə (təbii seçmə ilə) izah etmək mümkündürmü? Bioloqların (bu arada darvinistlərin) bu cür suallara qaneedici cavab verdiklərini söyləmək, şübhəsiz ki, çətindir.” (Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, səh. 185) nəzəriyyəsi üçün mühüm və həll olunmamış problem olmasının əsas səbəbi nədir?

