Tarixdə yaşayan bütün cəmiyyətlərə elçi göndərildimi?

Allah Quranda keçmişdən bu günə qədər yaşamış bütün cəmiyyətlərə bir xəbərdar edən göndərdiyini bildirmişdir. Allahın elçiləri göndərildikləri qövmlərə doğru yolu göstərən insanlar olmuş, onlara Allahın qadağalarını bildirmiş, ölümün yaxınlığını, cənnət və cəhənnəmin varlığını, dünyada yaradılış məqsədlərini izah etmiş və onları Allahın dininə dəvət etmişlər. Allahın ədalətinin bir təzahürü olaraq bütün insanlar Onun elçiləri vasitəsilə xəbərdar edilmiş, qorxudulmuş və müjdələnmişlər. Bu, axirətdə insanların “Mənim heç nədən xəbərim yox idi” deyə bilməyəcəklərini, hər bir insanın Allahın çağırışını eşitdiyini göstərən çox mühüm bir həqiqətdir. Allah bir ayəsində belə buyurur:

Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir elçi olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir elçi gəlməmiş olsun. (Fatir surəsi, 24)