Tarixdə kim bu vəzifələrin üçünü də eyni zamanda icra etmişdir?

“Bu üç vəzifənin eyni zamanda və eyni şəxsdə və yaxud camaatda olması və mükəmməl şəkildə icra edilməsi və bir-birinə mane olmaması mümkün deyil. Axırzamanda ALİ BEYTİ NƏBƏVİNİN (Peyğəmbərimiz (s.ə.v)-in soyunun) CAMAATI NURANİYESİNİ (nurani camaatını) TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ bir yerə gələ bilər, toplana bilər.” (Kastamonu Lahikası, səh. 139)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üç vəzifəsi olduğunu ifadə edir, bu üç vəzifənin bir yerdə yerinə yetirilməsinin hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkir. Bədiüzzaman özünün yaşadığı və özündən əvvəlki mücəddidlərin yaşadığı dövrlərdə bu üç vəzifənin eyni zamanda yerinə yetirilmədiyini, bunu ancaq hz. Mehdinin həyata keçirəcəyini söyləyir.

Bu vəzifələrin birincisi materialist, Darvinist və ateist fəlsəfələrlə fikri mübarizə edilməsi və bu axınların fikirlə tamamilə susdurulmasıdır. İkincisi, İslam dünyasının liderliyini boynuna götürərək İslam Birliyinin təmin edilməsi, üçüncüsü isə Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən canlandırılması ilə bütün yer üzünə hakim edilməsidir. Axırzamanda gələcək hz. Mehdi bu vəzifələrin üçünü eyni zamanda yerinə yetirəcək. Bu əlamət, onun tanınmasını təmin edəcək və onun ən əhəmiyyətli xüsusiyyətlərindən olacaq.

Bədiüzzaman əsərlərində hz. Mehdinin eyni anda, “SİYASƏT MEHDİSİ, SƏLTƏNƏT MEHDİSİ VƏ DİYANƏT MEHDİSİ” olaraq üç xüsusiyyətə birdən sahib olacağını və bu üç sahədə birdən Mehdilik edəcəyini söyləmişdir. Bədiüzzaman, Quran əxlaqını dünya üzərində hakim etmək məqsədi ilə əvvəlki əsrlərdə də bəzi Müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin, Axırzamanda hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni bu şəkildə bir yerdə yerinə yetirmədiklərini ifadə etmişdir. Buna görə də Axırzamanın “böyük Mehdi”si ünvanını ala bilmədiklərini ifadə etmişdir.

Bədiüzzaman bu mənada, Risalə-i Nurun da hz. Mehdinin üç vəzifəsindən birincisi olan “imanı qurtarmaq” vəzifəsini yerinə yetirdiyini söyləmişdir. Ancaq bu xidmətin dar dairədə məhdud qaldığını, hz. Mehdinin geniş dairədəki vəzifələrini isə ancaq Böyük Mehdinin həyata keçirəcəyini açıqlamışdır. Hədislərdə də ifadə edildiyi kimi, hz. Mehdi zühur edəndə nə Mehdiliyini iddia edəcək, nə də bunun təbliğatını edəcək. Hz. Mehdinin burada sayılan böyük fəaliyyətləri, bu müqəddəs şəxsin zühurunun ən böyük isbatı və dəlili olacaq.

Bədiüzzaman hz. Mehdinin “ÜÇ VƏZİFƏNİ EYNİ ZAMANDA” yerinə yetirəcəyini ifadə etdiyi bu sözü ilə mövzunun əhəmiyyətini bir daha xatırladır. Özü də daxil olmaqla, əvvəlki mücəddidlərin heç birinin bunların üçünü bir yerdə həyata keçirmədiyinə diqqət çəkərək, hz. Mehdinin o dövrdə hələ gəlmədiyini ifadə edir.

Bədiüzzaman “BU ZAMANDA” sözləri ilə özünün yaşadığı dövrdən bəhs edir. Öz zamanında hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni tək bir şəxsin eyni anda yerinə yetirməsinin və bu üç vəzifənin bir-birinə maneə olmasının mümkün olmadığını söyləyir. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu “ÇOX UZAQ” və “SANKİ MÜMKÜN DEYİL” sözləri ilə açıq şəkildə ifadə etmişdir. Bu da, hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövrdə zühur etmədiyini göstərən bir başqa əhəmiyyətli dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə, üç vəzifənin eyni zamanda yerinə yetirilməsinə imkan olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra gələcək böyük Mehdinin bu vəzifələrin hamısını yerinə yetirəcəyini bildirir.

Bədiüzzaman əsərlərində dəfələrlə hz. Mehdinin hədislərdə bildirildiyi kimi “seyid”, yəni “Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn bir kimsə” olacağını, “özünün isə seyid olmadığını” ifadə etmişdir. Bədiüzzaman bu sözündə də bu mövzunu bir daha izah edir, “ALİ BEYTİ NƏBƏVİNİN CAMAATI NURANİYESİNİ TƏMSİL EDƏN” sözləri ilə hz. Mehdinin “Peyğəmbərimiz (s.ə.v.)- in mübarək soyundan” olacağına diqqət çəkir. Bədiüzzaman hz. Mehdinin bu əhəmiyyətli əlamətlərindən birini xatırladaraq özünün hz. Mehdi olmadığını ifadə edir.

Bədiüzzaman “hz. Mehdi və camaatındakı şəxsi-mənəvidə” sözləri ilə hz. Mehdinin şəxsindən və onun şəxsi-mənəvisini meydana gətirən camaatından fərqli anlayışlar olaraq bəhs edir. Aradakı “və” sözü “hz. Mehdinin və camaatının iki fərqli varlıq olduğunu” ifadə edir. Hz. Mehdinin mübarək şəxsi ilə birlikdə, bir də onun şəxsi-mənəvisini meydana gətirən bir camaatı olacaq. Hz. Mehdinin şəxsi olmadan, belə bir şəxsi-mənəvidən danışmaq mümkün deyil. Bədiüzzaman da bu həqiqəti ifadə edir və hz. Mehdinin bir şəxs olacağını müjdələyir.

Bədiüzzamanın açıqladığı üç böyük vəzifə ancaq Axırzamanda gələcək hz. Mehdinin yerinə gətirə biləcəyi vəzifələrdir. Bədiüzzaman burada istifadə etdiyi “ANCAQ” sözü ilə bir başqasının bu vəzifələri bacarmasının Allahın diləməsi ilə “QEYRİ-MÜMKÜN” olduğunu ifadə etmişdir. Çünki Allah bu vəzifələri yalnız hz. Mehdinin yerinə yetirməsini təqdir etmişdir. Hz. Mehdi də taleyində belə təqdir edildiyi üçün bu vəzifələri Allahın icazəsi ilə müvəffəqiyyətlə yerinə yetirəcək. İslam tarixində hələ bunu bacaran bir şəxs, ya da toplum görülmədiyi kimi, Bədiüzzaman özünün yaşadığı dövrdə də bu vəziyyətin baş vermədiyini vurğulayır.