Tarix Boyunca Göndərilmiş Olan Peyğəmbərlərə İman Edənlərin Sayı Az Olmuşdur?

Axırzamanda hz. Mehdini dəstəkləyənlərin və köməkçilərinin saylarının çox az olması Allahın Quranda bildirdiyi adetullahının bir gərəyidir. Bu vəziyyət, tarix boyunca yaşamış olan bütün mömin birliklərində də həmişə eyni olmuşdur. Quranda peyğəmbərlərin də ətraflarında səmimi olaraq iman edən insanların həmişə çox az olduğuna dair məlumatlar verilmişdir. Məsələn hz. Musaya yalnız yaşadığı cəmiyyətin gənclərindən ibarət olan çox az sayda insan iman etmişdir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi… (Yunis surəsi, 83)

Bir ayədə hz. Musaya inananların çox az sayda olduqlarını, dövrün Fironunun belə dilə gətirdiyi xəbər verilmişdir:

“Həqiqət budur ki bunlar azlıq olan bir birlikdir.” (Şuəra surəsi, 54)

Eyni vəziyyət hz. İsanın ilk gəldiyi dövrdəki köməkçiləri üçün də keçərlidir. Rəvayətlərdən hz. İsaya da az saydakı həvarilərin iman etdikləri və bunun xaricində xalqdan ona inanan kimsənin olmadığı xəbər verilmişdir. Quranda hz. İsaya inananların vəziyyəti belə bildirilir:

Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu… (Saff surəsi, 14)

Quranda, Əshabi-Kəhf adlı birliyin də saylarının çox az olduğu bildirilmişdir:

Bəziləri: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” – deyəcəklər. Digərləri isə “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!” … (Kəhf surəsi, 22)

Bir başqa ayədə isə hz. Nuha tabe olan kəslərin sayının da çox az olduğu belə xəbər verilmişdir:

… Onsuz da onunla birlikdə çox azından başqası iman etməmişdi. (Hud surəsi, 40)

Quranda hz. Luta da çox az insanın iman etdiyi bildirilir. Lut qövmünə böyük fəlakət isabət etdiyində, Allah oradan yalnız hz. Lutun iman edən ailə mənsublarını (iman etməyən xanımı xaricində) qurtarmışdır:

…Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”. Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq. (Ənkəbut surəsi, 32-33)

İnsanların Allahın elçilərinə iman etməmələrinin bir çox səbəbi vardır. Bunlardan biri, əvvəlki hissələrdə izah edildiyi kimi, əsassız böhtanlar və qaralamalar səbəbiylə cəmiyyətdə yaranan “mənfi qənaətlərdir”. İnsanlar, inkar edənlər tərəfindən “yalançı”, “mənfəətpərəst”, “dəli”, “azğın” kimi böhtanlarla qarşı-qarşıya qalan saleh möminlərdən uzaq dayanmağı seçmişlər. Əlbəttə bu vəziyyət, həmin insanların əhəmiyyətli bir yanılmasıdır. Ancaq eyni yanılma səbəbiylə bir çox insan hz. Mehdiyə də tabe olmaqdan qaçınacaq və ondan uzaq dayanacaqlar.

Bir başqa səbəb, cəmiyyətdə qəbul görən batil inanışların, xurafatların və müxtəlif səhv etiqadların, Allahın, elçiləri vəsiləsiylə haqq dinini göndərməsiylə bütün yalançı dayaqlarını itirəcək olmasıdır. Bu səbəblə elçilər, haqsızlığa və ədalətsizliyə söykənən sistemin pozulmasıyla mənfəətləri zərər görəcək olan kəslərin güclü reaksiyalarıyla, böhtan və qaralamalarıyla qarşılaşmışlar. Bu vəziyyətin bir nəticəsi olaraq da peyğəmbərlərə və saleh elçilərə tarix boyunca həmişə az sayda insan iman etmişdir. Hədislərdə işarə edildiyinə görə, hz. Mehdi camaatının sayı da bənzər səbəblərlə çox az olacaq. İnsanların böyük əksəriyyəti isə həm böhtanların təsiri altında qalaraq həm də ola biləcək təzyiq və çətinliklərdən narahatlıq duyacaq, hz. Mehdi və camaatından uzaq dayanacaqlar.

İctimai təzyiq insanların tarix boyunca iman sahiblərinə kömək etmələrinə maneə törədən ən əhəmiyyətli səbəblərdən bir başqasıdır. Quran ayələrində bu mövzuda hz. Musaya iman edən gənclər nümunə verilir. Ayədə bu şəkildə bildirilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Yuxarıdakı ayədə hz. Musaya “Firon və qabaqcıl kütlələrin onlara bəla vermələri qorxusuyla” iman edənin olmadığı bildirilir. İnsanlar əgər hz. Musaya iman etsələr təzyiq görəcəklərini, yurdlarından sürgün ediləcəklərini, həbs olunub, öldürüləcəklərini düşünmüşlər. Bu qorxu səbəbiylə də iman edənlərdən uzaq dayanmış, başlarına pis şey gələcəyini düşündükləri üçün onlara yaxınlaşmamışlar. Halbuki hz. Musa və onunla birlikdə olan saleh möminlər, Allahın icazəsiylə çox şərəfli və müqəddəs bir həyat yaşamışlar. Axirətdə də gözəl əxlaqlarının, səbirlərinin, yaxşı davranışlarının qarşılığını ən gözəl şəkildə alacaqlar. Hədislərin işarələrinə görə eyni vəziyyət hz. Mehdi üçün də olacaq, cəmiyyətin böyük hissəsi mənfəətlərinə zərər gəlməsi narahatlığıyla hz. Mehdiyə yaxın olmaqdan, onu dəstəkləməkdən qaçacaqlar.