Tarix boyu yaxşı ilə pisin mübarizəsi davam edib

Tarix boyu yaxşı ilə pisin mübarizəsi davam edib

Tarix boyu yaxşı ilə pisin mübarizəsi davam edib. Bu mübarizənin ən unudulmaz hekayələrindən biri, ilahi kitablarda bəhs edilən Hz. Musa ilə zalım hökmdar Fironun hekayəsidir. Bu hekayə sadəcə keçmişdə qalmayıb, bu gün də bizə yol göstərir. Firon zülmü, gücü və təkəbbürü təmsil edirsə, Musa daima haqqı, ədaləti və Allaha inamı təmsil edir. Gəlin görək, bizim yaşadığımız dövrdə Firon və Musa kimlərdir və bu mübarizə hansı şəkillərdə davam edir.

1) Firon: Dəccala xidmət edən Qara Klan

Firon təkcə min illər öncə Misirdə yaşamış bir padşah deyil. O, hər dövrdə haqqın qarşısını kəsən zalım güclərin simvoludur. Bu güclər:

  • İnsanları qorxu və yalanla idarə edir.
  • Onların sərbəst düşünməsinə imkan vermir.
  • Özlərini o qədər uca tuturlar ki, sanki bir ilah olduqlarını düşünürlər.
  • Doğru sözü boğmaq üçün hər cür yola əl atırlar.
  • Bəzən bu “Firon” tək bir adam olmur, bütöv bir sistemə çevrilir.

2) Hz. Musa: Hər dövrdə yaşayan haqqın səsi

Hz. Musa da sadəcə bir tarixi şəxsiyyət deyil. O, hər dövrdə zülmə “dur!” deyən, ədalət üçün ayağa qalxan hər kəsin ruhudur. Bu ruh:

  • Bəzən tək bir insanda deyil, bir qrupda canlanır.
  • Bəzən insanları oyadan bir düşüncə adamı olur.
  • Bəzən bir alim, bəzən isə sadə bir vətəndaş olur.

Yəni Musa ruhu, haqsızlığa boyun əyməyən və tək qalsa belə, həqiqəti deməkdən çəkinməyən hər kəsdə yaşayır.

3) Aldadıcı sistem: Dəccal

İslama görə, dünyanın sonuna yaxın olan Axırzamanda Dəccal adında böyük bir fitnə ortaya çıxacaq. Bu həm bir insan olan Mesih Dəccal olacaq və eyni zamanda onun qurduğu Dəccaliyyət sistemi var olacaqdır. Bu, dünyanı bir hörümçək toru kimi sarmış aldadıcı bir sistemdir. Bu sistemin əsas xüsusiyyətləri bunlardır:

  • Dəccal hadisələri tərs-düz edər: Bu o deməkdir ki, həqiqətləri tam göstərmir, işinə yarayan tərəfini təqdim edir.
  • Yalanı bəzəməsi: Media və təbliğat gücü ilə yalanı doğru, əxlaqsızlığı isə “azadlıq” kimi göstərir.
  • Hər yerə sızması: Texnologiya, pul, siyasət, incəsənət – gücünün çatmadığı sahə yoxdur.

Bu sistem o qədər hiyləgərdir ki, adı və ya dəqiq ünvanı yoxdur. Elə buna görə də çox təsirlidir, çünki insanlar nə ilə mübarizə apardıqlarını bilmirlər.

4) Müasir dövrün Fironları kim ola bilər?

Bəzi düşüncə adamları, bu günün Firon sisteminin pərdə arxasında işləyən güclü dövlətlərin gizli strukturları olduğunu düşünür. Onlara görə, bu güclər “beyin mərkəzləri” və ya “təşkilatlar” adı altında bütün dünyanın siyasətinə, mədəniyyətinə və həyat tərzinə yön verir. Onların təsiri KİV, universitetlər, məşhur mədəniyyət və böyük şirkətlər vasitəsilə hər yerə yayılır.

Bəs niyə bu qədər güclü bir sistemin açıq-aşkar sübutu yoxdur? Çünki ən böyük və hiyləgər sistemlər özlərindən iz buraxmamaq üçün qurulur. Küləyi gözlə görməsək də, ağacların yarpaqlarını tərpətməsindən onun varlığını bilirik. Bəzən səbəbi anlamaq üçün onun yaratdığı nəticələrə baxmaq lazımdır. Hər şeyin elmi sübutunu axtarmaq bəzən yetərli olmur, çünki bəzi həqiqətlər qəlb və vicdanla hiss edilir.

6) İndi Musa olmaq vaxtıdır

Belə bir hiyləgər sistemə qarşı dayanmaq, Hz. Musanın yolunu getməkdir. Hər dövrdə bu rolu oynayan insanlar olur. Axırzamanda isə bu vəzifəni icra edən hz. Mehdi və tələbələri olacaqdır. Onlar:

  • Doğrunu söyləyərlər.
  • Tənqid edilməkdən qorxmazlar.
  • Yalanlara və haqsızlıqlara qarşı öz fikirləri ilə mübarizə apararlar.

Həqiqəti axtaran, sual verən, gördüyü yanlışlarla razılaşmayan hər bir insan, öz dövrünün Mehdi ruhunu daşıyır. Bu ruh bəlkə də elə sənin özünsən.

Unutma, dünya təkcə gözlə gördüklərimizdən ibarət deyil. Bəzən içimizdəki səs və hiss etdiklərimiz bizi daha dərin həqiqətlərə apara bilər. Kimsə sənə “bunlar boş söhbətlərdir” deyib səni susdurmağa çalışsa, bil ki, həqiqəti axtarmaq insanın ən şərəfli vəzifəsidir. Zaman, içimizdəki Musanı (Mehdini) oyadıb, ədalətin və doğruluğun səsini ucaltmaq vaxtıdır.