Taleyimizdəki gizli xeyirlər

Heç olubmu ki, həyatınızda baş verən bir hadisəyə görə “Niyə məhz mən?” deyə düşünəsiniz?

Əslində, insan hər zaman hadisələrin görünən tərəfini görür. Amma Allahın bizim üçün təyin etdiyi taledə bəzən bizim heç bilmədiyimiz çoxlu xeyirlər və hikmətlər olur.

Bəzən insan yoxsulluqdan, xəstəlikdən və ya zahiri görünüşündən narazı qalır. Ancaq Quran bizə öyrədir ki, belə hallarda üsyan etmək və daim şikayət etmək doğru deyil. Mömin bilir ki, Allah hər şeyi sonsuz elm və hikmətlə yaradır. Ona görə də başına gələn hadisələrdə xeyir axtarır, səbir edir və Rəbbinə təvəkkül edir.

Çünki insan bu gün çətinlik kimi gördüyü bir hadisənin sabah onun üçün böyük bir nemətə çevrildiyini görə bilər.

Allah Quranda belə buyurur:

De ki: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Himayədarımızdır. Və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.” (Tövbə surəsi, 51)

#hikmətliSözlər #motivasiya #gününayəsi #səbir #təvəkkül #dualar #kəlamlar #dini #dinivideolar #iman #quran