Təvəkkül, yalnız güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə aid bir xüsusiyyətdir. Qavraya bilənlər üçün təvəkküldə əhəmiyyətli sirlər və böyük nemətlər vardır. Təvəkkül Allaha və yaratdığı taleyə qəti təslimiyyət və güvəndir. İnsanlar da daxil olmaqla, canlı-cansız bütün varlıqları, Allah tale ilə yaratmışdır. Məsələn günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən tək bir yarpağın, masanızın üzərindəki tək bir toz zərrəsinin, yolda gedərkən ayağınıza ilişən bir daşın, on il əvvəl aldığınız paltarınızın, ananasın, atanızın, qohumlarınızın, ibtidai məktəb yoldaşlarınızın, sizin, qısacası hər kəsin və hər şeyin Allah qatında sonsuz əvvəldə təyin olunmuş bir taleyi vardır. Və hər varlığın taleyi Allahın qatında Lövhü-Məhfuz adlı kitabda yazılıdır.
Möminlər taleyə iman edərlər və Allahın yaratdığı talenin ən xeyirlisi və ən gözəli olduğunu bilirlər. Buna görə də həyatının hər anında təvəkkül edərlər. Yəni hadisələri Allahın müəyyən bir hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir dilədiyini bilirlər. Məsələn, ölümcül bir xəstəliyə tutulmaq, çox çətin və mərhəmətsiz bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, böhtanlara məruz qalmaq və ya insanın ağlına gələ biləcək ən ürküdücü hadisələr də möminləri təlaşa və ya qorxuya salmaz. Onlar Allahın yaratdığını səbir və mətanətlə gözləyirlər. İman etməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük zövq alarlar. Çünki ən ürküdücü görünüş və danışıq da Allah qatında əvvəldən planlanmış və insanın imtahanı üçün yaradılmışdır. Bunlara səbir və təvəkküllə cavab verənlər, Allaha və Onun yaratdığı taleyə təslim olub güvənənlər Allahın məmnuniyyətini və sevgisini qazanacaqlar, qarşılığında sonsuza qədər cənnətdə yaşayacaqlar. Buna görə, möminlər həyatı boyunca təvəkkülün rahatlığını və imani sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir (Ali İmran surəsi, 159)…
I … Təvəkkül haqqında Quranda bildirilən bir başqa mövzu isə, tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif vəziyyətlərdə ala biləcəkləri tədbirlər bildirilir. Bununla birlikdə Allah tədbirlərin öz təqdirini dəyişdirməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də fərqli ayələrində insanlara sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması bunun bir nümunəsidir. Mövzuyla əlaqədar ayə belədir (Yusif surəsi, 67).
Möminlər mütləq hər mövzuda tədbir görərlər, ancaq Allahın talelərində onlar üçün dilədiklərini dəyişdirə bilməyəcəklərini bilərlər. Məsələn, bir insan trafik qaydalarına çox diqqət yetirməli, avtomobilini təhlükəli bir şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün əhəmiyyətli bir tədbir və ibadətdir. Ancaq əgər Allah bu insan üçün bir yol qəzasında ölməyi yazmışdırsa, alacağı heç bir tədbir onun ölümünə mane ola bilməz.
Bəzən bir insanın gördüyü tədbir və ya etdiyi bir hərəkət onu ölümdən qaytarmış kimi görünə bilər. Və ya bir insan həyatında ani bir qərar alaraq, həyatının axışını tamamilə dəyişdirə bilər, bir başqası ölümcül bir xəstəliyə tutulmuşkən, güc və iradə göstərərək xəstəliyinə qalib gəlmiş ola bilər. Ancaq bütün bunlar o kəslərin qədərlərində olduğu üçün belədir. Bəzi insanlar bu cür hadisələri “taleyini dəyişdirdi” kimi son dərəcə məntiqsiz və səhv izah edərlər. Halbuki heç bir insan ən güclü və əzmli görünəni belə, Allahın onun və başqaları üçün yazdığı taleyi dəyişdirə bilməz. Heç bir insan belə bir gücə sahib deyil. Əksinə hər varlıq, Allahın yaratdığı tale qarşısında acizdir və əslində təbii olaraq taleyinə təslimdir. Yalnız bir çoxu bunu qəbul etmək istəməz. Talenin varlığını inkar etmək də əslində onun taleyindədir. Buna görə xəstəlikdən və ya ölümdən xilas olan, ya da həyatının axını tamamilə dəyişən insanlar, hamısı taleyində olduğu üçün bunları yaşayarlar.

